Şamaxıda 6 otaqlı EV YANDI FOTO
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Şamaxıda yaşayış evi yanıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, yanğın rayonunun Kiçik Xınıslı adlanan ərazisində baş verib.
Hadisə axşam saat 19:00 radələrində Məhəmmədəmin Rəsulzadə küçəsində, ev 5 ünvanında qeydə alınıb.
Yanğın 1964-cü il təvəllüdlü Süleymanov Sədaqət Ağadur oğluna məxsus, ümumi sahəsi 150 kvadratmetr olan iki mərtəbəli, 6 otaqlı evdə baş verib. Hadisə zamanı evin ikinci mərtəbəsində yerləşən iki otağın yanar konstruksiyaları, ümumilikdə 60 kvadratmetr sahə və bir otağın taxtadan olan tavanı 25 kvadratmetr sahədə yanıb.
Nəticədə evin ikinci mərtəbəsindəki bütün əşyalar tamamilə yanıb, evin qalan hissəsi yanğından mühafizə olunub. Əraziyə 3 yanğınsöndürən avtomobil cəlb olunub.
Yanğının başvermə səbəbi araşdırılır.
Hadisə nəticəsində xəsarət alan olmayıb.




Bizim.Media, Aran bürosu
Baxış sayı:46
Bu xəbər 12 Noyabr 2025 20:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















