Icma.az
close
up
RU
Şamaxıda Alpaka fermasına səyahət VİDEO

Şamaxıda Alpaka fermasına səyahət VİDEO

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Şamaxı, 2 oktyabr, Rəşad Türkoğlu, AZƏRTAC

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Şamaxıdakı Alpaka ferması.

Azərbaycanın qədim və gözəl diyarı olan Şamaxı təkcə tarixi abidələri və təbiəti ilə deyil, həm də unikal məkanları ilə diqqət çəkir. Bu məkanlardan biri də ölkəmizdə yeganə olan Alpaka fermasıdır.

Alpakaların vətəni uzaq Cənubi Amerikadır. Onlar əsrlər öncə Peruda əhliləşdirilib. Alpaka yunu antiallergenik və sukeçirməzdir, dünyanın ən bahalı yun növlərindən biridir.

Hazırda bu mehriban heyvanları görmək üçün minlərlə kilometr uzağa getməyə ehtiyac yoxdur – Şamaxının Meysəri kəndindəki fermada onlarla yaxından tanış ola bilərsiniz.

Sakitliyi ilə seçilən alkapalar insanları dişləmir, qonaqlardan məmnuniyyətlə yem qəbul edir, hətta onları sığallamağa və qucaqlamağa imkan verirlər.

Fermanın bələdçisi Bəndəliyev Pərvaz deyir ki, bu heyvanlar təxminən 25 il ömür sürür və sağlam qalmaq üçün xüsusi baxıma ehtiyac duyurlar: “Şamaxının iqlimi Perunun dağlıq bölgəsinə çox bənzədiyi üçün alpakalar burada adaptasiyada heç bir çətinlik çəkməyiblər.”

Alpaka fermasına maraq gündən-günə artır. Menecer Ülviyə Kökmənin sözlərinə görə, bura təkcə Azərbaycandan deyil, xarici ölkələrdən də turistlər gəlir: “Qonaqlar alpakalarla 45–60 dəqiqə vaxt keçirirlər. Bələdçi onlara alpakalar haqqında məlumatlar verir. Sonra qonaqlar heyvanları yemləyir, onlarla şəkil çəkdirir və pozitiv enerji ilə ayrılırlar. Bu cür məkanların ölkə turizminə töhfəsi böyükdür”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri