Icma.az
close
up
RU
Şamaxıda aztəminatlı ailələrdən olan anaların sosial rifahını yaxşılaşdırmaq üçün yeni müəssisə açılıb

Şamaxıda aztəminatlı ailələrdən olan anaların sosial rifahını yaxşılaşdırmaq üçün yeni müəssisə açılıb

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şamaxı, 1 may, Rəşad Türkoğlu, AZƏRTAC

“PAŞA Holdinq”in maliyyə dəstəyi, Dövlət Məşğulluq Agentliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin birgə təşəbbüsü ilə icra olunan “Tənha Anaların Sosial İnkişafına Dəstək II” layihəsi çərçivəsində Şamaxının Göylər kəndində yeni sosial müəssisə istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış tədbirində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının müavini Etibar Muradlı, Dövlət Məşğulluq Agentliyinin sədr müavini Ramal Quluzadə, “PAŞA Holdinq”in Dövlət Qurumları ilə Əlaqələr və Korporativ Sosial Məsuliyyət Departamentinin nümayəndəsi Bəyim İbrahimova, KOBİA-nın Dağlıq Şirvan regional koordinatoru Cavanşir Məhərrəmov, “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin sədri Araz Əhmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə qeyd edilib ki, rayonda uşaqlarını təkbaşına böyüdən və aztəminatlı ailələrdən olan analar arasında seçim aparılıb. Seçilən analar Dövlət Məşğulluq Agentliyi tərəfindən peşə təlimlərinə cəlb olunub, “PAŞA Holdinq”in maliyyə dəstəyi ilə layihəyə qoşulan şəxslərə istehsal üçün zəruri avadanlıqlar təqdim edilib və yeni sosial tikiş müəssisəsi yaradılıb. Müəssisənin istehsal etdiyi məhsulların satışına isə KOBİA tərəfindən dəstək göstərilir.

Müəssisənin yaradılmasında əsas məqsəd işsiz tənha anaların övladlarını dövlət uşaq müəssisələrinə verməsinin qarşısını almaq, onların sosial rifahını artırmaq və dayanıqlı məşğulluq imkanları yaratmaqdır. Layihə, həmçinin tənha anaların və aztəminatlı ailələrin sosial həyatda fəal iştirakını gücləndirməyə, qadınların iqtisadi və sosial təşəbbüslərini planlaşdırmaq və əlaqələndirməyə, eləcə də sahibkarlıq fəaliyyətlərini inkişaf etdirməyə geniş imkanlar açır.

Qeyd edək ki, “Tənha Anaların Sosial İnkişafına Dəstək I” layihəsi çərçivəsində Şamaxı rayonunda fəaliyyət göstərən birinci tikiş müəssisəsində işçi sayı 10 nəfərdən 18 nəfərə çatdırılıb. Layihənin davamı olaraq, Göylər kəndində yaradılan yeni sosial müəssisədə isə 20 nəfər işlə təmin ediləcək. Qarşıya qoyulan hədəf Şamaxı rayonu üzrə 100-dək xanımın işlə təmin olunmasıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 May 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see236

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see170

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see161

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see157

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see155

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see155

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see152

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see146

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see136

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri