Şamaxıda dumanlı hava qəzaya SƏBƏB oldu VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Şamaxı rayonunda dumanlı hava şəraiti qəzaya səbəb olub.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Əngəxaran kəndində qeydə alınıb.
Belə ki, dumanlı hava səbəbindən idarəetmədən çıxan avtomobil yolun kənarında aşaraq dərəyə yuvarlanıb.
Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Qurumdan bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə dumanlı, yağışlı hava şəraiti müşahidə olunur ki, bu da yol-nəqliyyat hadisələrinin baş vermə riskini artırır.
Bizim.Media

Qusarda dumanlı hava qəzaya səbəb oldu Ölən var
05 Yanvar 2025 21:14
Qarlı hava qəzaya səbəb oldu VİDEO
19 Fevral 2025 18:56
“İmişli” ilk turu Şamaxıda oynayacaq SƏBƏB
09 Avqust 2025 13:40
Dumanlı hava yeniyetmənin ölümünə səbəb oldu
05 Yanvar 2025 22:13
Sürücünün diqqətsizliyi qəzaya səbəb oldu VİDEO
04 Dekabr 2024 11:09

