Şamaxıda “Məktəbli gənclərin inkişafı” yay düşərgəsi açılıb
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Şamaxı, 2 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Şamaxıda "Məktəbli gənclərin inkişafı” yay düşərgəsi təşkil olunub.
Beş gün davam edəcək düşərgəyə əvvəlcədən qeydiyyatdan keçərək seçim mərhələsini uğurla tamamlamış 7-9-cu sinif şagirdlərindən ibarət 100 məktəbli cəlb olunub. Onların arasında himayədar ailələrdə yerləşdirilmiş uşaqlar da var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, düşərgənin açılışı tədbirində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, deputatlar Könül Nurullayeva və Göydəniz Qəhrəmanov, aidiyyəti qurumların, tərəfdaş təşkilatların nümayəndələri iştirak ediblər.
Hasil Abbasov məktəb dövrünün gənclərin maraq və bacarıqlarının formalaşdığı, gələcək təhsil və peşə seçimlərinin əsasının qoyulduğu ən mühüm mərhələlərdən biri olduğunu deyib. O, bu düşərgənin iştirakçıların əmək bazarının müasir tələbləri barədə məlumat əldə etmələrinə, liderlik, ünsiyyət, komanda işi və digər vacib bacarıqlarını inkişaf etdirmələrinə imkan yaradacağını vurğulayıb. Bu təşəbbüsün gənclərin gələcək məşğulluq potensialının gücləndirilməsinə və insan kapitalının inkişafına xidmət etdiyi bildirilib.
Digər çıxış edənlər məktəbli gənclərin gələcək peşə və karyera seçimində erkən istiqamətləndirilməsinin əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə həyata keçirilən təşəbbüslərin gənclərin gələcək inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıblar.
Düşərgə çərçivəsində iştirakçılar üçün karyera planlaması, gələcəyin peşələri, əmək bazarının tələbləri, peşə və ixtisas seçimi, liderlik, komanda işi, ünsiyyət bacarıqları, şəxsi inkişaf və digər mövzular üzrə təlimlər, seminarlar, interaktiv sessiyalar və praktiki fəaliyyətlər təşkil olunacaq.
Eyni zamanda, məktəblilərin öz maraq və bacarıqlarını daha yaxından tanımaları, müxtəlif peşələr və fəaliyyət istiqamətləri barədə məlumat əldə etmələri məqsədilə müxtəlif maarifləndirici və inkişafyönümlü fəaliyyətlər həyata keçiriləcək.
Beş günlük proqramın sonunda düşərgə iştirakçılarına sertifikatlar təqdim olunacaq.
Müxbir – Rəşad Türkoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 02 İyul 2026 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















