Icma.az
close
up
RU
Şamaxıda olay: Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir... Şok təfərrüat

Şamaxıda olay: Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir... Şok təfərrüat

Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.

Şamaxı rayonunda 1990-cı il təvəllüdlü Nizam mübahisə zamanı 1979-cü il təvəllüdlü Ramalı (adlar şərti verilib – red.) odlu silahla qətlə yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 21 dekabr 2023-cü ildə baş verib.

Nizam dövlət qurumlarından birində işdə olduğu vaxt arvadına əvvəllər mesaj yazaraq əxlaqsız təkliflər etdiyi üçün aralarında münasibətləri normal olmayan bibisi oğlu Ramalın idarə etdiyi “Mersedes S 350” markalı avtomobillə binanın qarşısına gəldiyini görüb. O, avtomobildən düşmədən Nizamla mübahisə edib.

Ramal onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib. Nizam avtomobilin ön sərnişin qapısını açmaq istəsə də Ramal maşını sürərək oradan uzaqlaşıb.

Nizam inzibati binaya daxil olub, istirahət otağına gedərək istifadəsində olan mobil nömrədən Ramala dəfələrlə zəng edib. Ramal onunla bir neçə dəfə telefonla danışdıqdan sonra saat 18:22-də idarə etdiyi avtomobillə yenidən binanın qarşısına gəlib. İnzibati binaya daxil olub, heç kimə məlumat vermədən və qeydiyyatdan keçmədən birbaşa qurumun rəhbər müavininin üçüncü mərtəbədə yerləşən xidməti iş otağına qalxıb.

Nizam Ramalın qurum rəhbərliyinin və şəxsi heyətin yanında onu nüfuzdan salacağı qənaətinə gəlib. Bunu önləmək, eyni zamanda arvadına əxlaqsız təkliflər etməsinə, ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsinə görə qisas almaq niyyəti ilə Ramalı öldürmək qərarına gəlib. Bu məqsədlə inzibati binanın üçüncü mərtəbəsinə qalxıb. Otağa daxil olduqdan dərhal sonra üzərində gəzdirdiyi tapançanı çıxararaq atəş vəziyyətinə gətirib. Giriş qapısı ilə üzbəüzdə stuldan qalxmaq istəyən Ramala doğru yaxın məsafədən ardıcıl 8 atəş açıb. Ramal aldığı güllə yaralarından vəfat edib.

İstintaq orqanı tərəfindən Nizamın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nizam ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, spirtli içkilərə aludə olub və bu səbəbdən Şamaxı rayonunda bir neçə şəxsə pul borcu yaranıb: “2023-cü ili avqust ayında atamdan pul istədim. Atam imkanı olmadığını bildirdi. Daha sonra məni bibim oğlu Nizama tapşırdı ki, mənə maddi kömək olsun. Çox içki içdiyim üçün atam məndən bezmişdi.

Ramalla münasibətlərim yaxşılaşdı. Zəng edib mənimlə maraqlanır, işlətdiyi restorana dəvət edirdi. Mənə səmimi münasibət göstərdi, borclarımı ödəməkdə köməklik göstərəcəyini bildirdi.

Mənim əmilərimlə münasibətim yaxşı deyildi. Ramal isə əmilərimin də mənə köməklik göstərəcəyini bildirdi. Bir gün ondan borca pul istədim. Mənə 100 manat pul göndərdi. Sonradan mənim üçün xərclədiyi pulun da borc olduğunu bildirdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Ramal ona 50 manat da göndərib: “Bir dəfə ondan 500 manat borc istədim. Mənə darıxmamağı məsləhət bildi, xəbər edəcəyini dedi. Axşama kimi heç bir xəbər çıxmadı. Ona zəng edəndə mənimlə kobud danışdı, “sənə pul verməliydim?” dedi. Mən evə gələndə evdə qanqaraçılığı olduğunu gördüm. Yoldaşım Ramaldan 500 manat borc pul istəyib-istəmədiyimi soruşdu. Ondan borc istəməyimi haradan öyrəndiyini soruşdum. Yoldaşım Ramalın ona yazdığını bildirdi. Dedi ki, mənim evə gəlib-getməyimə nəzarət etmək məqsədi ilə onun nömrəsini alıbmış”.

Nizamın sözlərinə görə, daha sonra həyat yoldaşı Ramalın ona əxlaqsız təkliflər etdiyini, gizli sevgilisi olmasını təklif edib, əgər razı olsa, kartına 500 manat atacağını bildirib: “Hadisədən 1-2 gün keçdikdən sonra əmim Sədini çağırdım və hadisəni ona danışdım. Əmim vatsap yazışmalarına baxmaq istədi. Yoldaşım yazışmaları sildiyi üçün baxa bilmədik. Əmim yazışmalar olmadığı üçün özümüzü biabır etməməyi məsləhət gördü.

Mən çox içki içdiyim üçün böyüklər arasında etibarımı itmişdim. Bu məsələdə də heç kim mənə inanmadı. Daha sonra atam müalicə üçün Rusiya Federasiyasına qardaşının yanına getdi. Getməmişdən əvvəl mənə tapşırdı ki, Ramal məsələsini bağlayım.

Sentyabr ayının ortalarında mən Şamaxıda yerləşən “555” kafesində içki içən zaman Ramaldan zəng gəldi. Telefonu açanda məni söyməyə başladı. Zənglərinə niyə cavab vermədiyimi soruşdu. Onu kafeyə dəvət etdim. Ramalı qorxutmaq məqsədi ilə mətbəxə getdim və bıçaq götürərək belimə qoydum.

Ramal kafeyə çatanda onun avtomobilinə oturdum. Ramal qulağımın dibində bərkdən qışqıraraq danışmağa başladı. Ona avtomobili qabağa sür dedim. Ramala iki şillə vurdum, belimdən bıçağı çıxararaq yoldaşıma etdiyi hərəkətin səbəbini soruşdum. O, yoldaşıma mesaj yazmadığını bildirdi. Qorxutmaq məqsədi ilə dedim ki, avtomobili qəbirstanlığa sür. Heykəl deyilən ərazidə işıqforda avtomobili saxladı və mənə nə qədər kömək etdiyini bildirdi. Aramızda mübahisə yarandı. Mən özümə bıçaqla xəsarət yetirdim.

Ramal mənə xəstəxanaya getməyi təklif etdi. Mən xəstəxanaya yox, bıçağı qaytarmaq üçün kafeyə getməli olduğumuzu bildirdim. Mən əlimdən xəsarət almışdım”.

Nizam qeyd edib ki, daha sonra Ramala münasibətlərinin bitdiyini söyləyib və onun nömrəsini bloka atıb: “Noyabr ayının ortalarında rəis məni yanına çağırdı və Ramalla aramızda olan problemi özümüzün həll etməyimizi bildirdi. Ramalın nömrəsini blokdan çıxardım və mesaj yazaraq kartını istədim. Onun mənə atdığı karta 150 manat köçürdüm. Mənim oteldə yeyib-içdiyim qıza ödədiyi 300 manat pulu da istədi. Mənim yalnız bu qədər pula gücüm çatdığını bildirərək onu təzədən bloka atdım”.

Nizamın ifadəsinə görə, 21 dekabr 2023-cü ildə şöbədə xidmətdə olan zaman şöbənin qarşısında dayanıb və Ramalın idarə etdiyi “Mercedes S Class” markalı avtomobilinin gəldiyini görüb: “Əməkdaşların yanında mənim 3 azyaşlı uşaqlarımı, anamı, bacımı söydü. Ona yaxınlaşdım və nə məsələ olduğunu soruşdum. Qapını açaraq Ramalı çölə çıxarmaq, ona bir-iki yumruq vuraraq niyə məni biabır etdiyini soruşmaq istədim.

Ramal məni biabır edəcəyini dedi. Daha sonra avtomobillə gedə-gedə yenə də ailə üzvlərimi söyməyə başladı. Mən istirahət otağına getdim və Ramala zəng etməyə başladım. Bu dəfə arvadımı söydü. Mən zəng etdikcə, Ramal ya məşğula atdı, ya da telefonu açaraq məni söydü. Daha sonra bir nəfər şəxsin qaça-qaça yuxarı qalxdığını gördüm. Onun kim olduğunu soruşduqda, əməkdaşlar bayaq mənim söhbət etdiyim şəxs olduğunu bildirdilər. Düşündüm ki, Ramal gedib kiməsə artıq-əskik nəsə danışar, məni iş yoldaşlarımın yanında biabır edər.

Mən qurumun rəhbərinin müavininin otağına qalxdım. Silahım üzərimdə idi. Mən otağa daxil olanda Ramalın müavinə nə isə göstərdiyini gördüm. Mənim haqqımda nə isə dedi. Ramalın mənə etdiyi hərəkətlər, yoldaşıma yazdığı əxlaqsız mesajlar yadıma düşdü. Silahı çıxararaq onu vurdum. Silahı tutaraq bütün güllələri atdım və daraq boşaldıqdan sonra rəis müavini məni qucaqlayaraq otaqdan çölə çıxardı. Əməlimdən peşmanam. Amma Ramalın hərəkətləri onu öldürməyimə səbəb yaradıb”.

İş üzrə şahid qismində ifadə verən təqsirləndirilən şəxsin həyat yoldaşı bildirib ki, 2023-cü ilin avqust ayında Ramal onlara gəlib və yoldaşı Nizamın borclarına kömək edəcəyi ilə bağlı onun qayınanası və qayınatası ilə danışıb:

“Həmin gün Ramal Nizamla birlikdə gəlmişdi. O, həyat yoldaşımın yanında olacağını bildirdikdən sonra çıxıb getdi. Bir müddət sonra qayınanamdan mənim nömrəmi aldı və bildirdi ki, dayısını narahat etməsinlər, Nizamdan məlumatı özü alacaq. Bir müddət Nizamdan məlumat almaq məqsədi ilə mənə yazdı. Daha sonra yazaraq əxlaqsız təkliflər etməyə başladı, mənimlə cinsi əlaqədə olmaq istədi. Mən isə Nizam bildiyi təqdirdə pis olacağını söyləyərək onun təklifindən imtina etdim.

Bir gün Nizam Ramaldan 500 manat pul istəmişdi. Ramal mənə yazaraq əgər iş yerinə getsəm, onunla cinsi əlaqədə olmağa razılıq versəm, 500 manatı verəcəyini bildirdi. Nizam evə gəldikdə Ramalın söylədiklərini ona bildirdim. Nizam da hadisəni qayınanam və qayınatama danışdı.

Səhəri gün qayınatam öz qardaşını çağırdı, olanları ona söylədi. Biz qərara gəldik ki, hadisəni sakit saxlayaq, heç kimə heç nə bildirməyək. Cinayət hadisəsi olan günə kimi bizim evimizdə bir dəfə də Ramal barəsində danışılmadı. Dekabrın 21-də Nizamın Ramalı ödürdüyü xəbəri çıxdı.

Mən Nizama Ramalın əxlaqsız təklifləri barədə məlumat verdikdən sonra Nizam Ramalın nömrəsini bloka atmışdı, Ramal bir daha onunla əlaqə saxlaya bilməmişdi”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nizam 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 09 Yanvar 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri