Şamaxıdakı güclü zəlzələnin fəsadları: Ağsuda evlərdə çatlar yarandı
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şamaxıda baş verən zəlzələ nəticəsində Ağsu rayonunun bəzi kəndlərindəki ev və yardımçı tikililərdə çatlar yaranıb.
Oxu.Az-a daxil olan məlumata görə, yeraltı təkanlar nəticəsində əsasən, Şamaxı ilə yanaşı Ağsu rayonunda da dağıntılar olub.
Sakinlərin sözlərinə görə, kəndlərdə onlarla evdə çatlar aşkar edilib, əhaliyə xeyli ziyan dəyib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hər hansı dağıntı ilə bağlı müraciət daxil olmayıb.
Xatırladaq ki, fevralın 27-də yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:İtaliyada güclü zəlzələ Tarixi binalarda çatlar yarandı
13 Mart 2025 14:48
Ağsuda baş verən zəlzələnin Görüntüləri
18 Yanvar 2026 15:53
Məktəbin binasında çatlar yarandı Tədris dayandırıldı
01 Aprel 2026 18:58
4,8 bal gücündə zəlzələ: Evlərdə çatlar meydana gəldi
12 Mart 2025 09:38
Şamaxıdakı heç heçə
07 İyun 2025 08:09
Baxış sayı:131
Bu xəbər 04 Mart 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















