Icma.az
close
up
RU
Şamaxıdan Krıma köç və Krımda tapılan sikkə... Foto

Şamaxıdan Krıma köç və Krımda tapılan sikkə... Foto

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Şamaxı. Azərbaycanın qədim şəhəri və Şirvanşahlar dövlətinin paytaxtı olan bu gözəl şəhərdə arxeoloji qazıntılar göstərmişdir ki, indiki Şamaxının yerində eramızdan əvvəl 4-cü əsrdə Qafqaz albanlarının əcdadlarının məskunlaşdığı böyük qalalı şəhər olmuşdur. XII əsrdə şair Xaqani Şamaxı ilə Buxaranı müqayisə edərək yazırdı:

Şamaxı torpağının qüdrəti Buxaranın əzəmətini kölgədə qoydu!

Tarixə çox getmədən mövzuya keçək. Xəzər xaqanlığı dövründən ərəblərin Azərbaycan coğrafiyasına hücumları, regionda baş verən digər müharibələr və təbii fəlakətlər Şamaxıdan yan keçmədi. İlk fəlakət 1191-ci ildə, Şamaxı zəlzələ nəticəsində tamamilə dağılanda baş verdi. 17-ci əsrdə ardıcıl üç dağıdıcı kataklizm (1667, 1669, 1671-ci illərdə) xanlığın paytaxtına böyük ziyan vurdu. Bölgədə 11 böyük zəlzələnin baş verdiyini sübut edən dəlillər bu günə qədər gəlib çatmışdır.

Azərbaycanda baş vermiş ən güclü zəlzələlər içərisində 1667-ci ildə baş verən 6.9 bal gücündə Şamaxı zəlzələsi, 80 min nəfər insan itkisi ilə nəticələnməsi yerli sakinlərin yaxın ərazilərə köçməsinə səbəb yaratdı.

Şamaxılıların köç etdiyi ərazilərdən biri də Rusiya tərəfindən işğal edilən Krım torpaqları idi. Orta əsr tarixçisi Məsudi, Əbülqazi və görkəmli şərqşünas Bartold yazır ki, X əsrdə Krım əhalisinin 1/3 hissəsini Azərbaycanın Şamaxı şəhərindən bura köçən min evlik türklər təşkil edirdi.

Krımda keçmiş tatar kəndi olub, Şamak. 1944-cü ildə Krım tatarlarını Orta Asiyaya sürgün etdikdən sonra ruslar onun adını dəyişib Baranovka qoyublar. Eyni zamanda, Şumhay, Şumxay, Şemkay deyilən kənd də olub. Onun da 1944-cü ildə ruslar adını dəyişib, Zareçnoye qoyublar.

Şamaxı şəhərində anadan olan və Şərq dünyasında tanınan filosof Seyid Yəhya Bakuvinin Krımda hörməti çox böyük idi. Seyid Yəhyanın üç oğlu olduğu bilinməkdədir. Böyük oğlu Fəthullah atasından sonra bir ilə yaxın dərgahda şeyxlik etmişdir. Ortancıl oğlu Əmir Güllədir. Seyidin kiçik oğlu Nəsrullah Şirvani Krım xanı tərəfindən dəvət edilərək Krıma getmiş, burada onun üçün təxsis edilmiş təkkədə şeyxlik və nəqibül-əşraflıq etmişdir.

O, həm də Krım xanlığının Nəqibül-əşrafı vəzifəsində işləyib. Krım və ətrafında xəlvətilik onun vasitəsilə yayılıb. XVII əsrə kimi Krımda Şeyx Nəsrullahın nəsli davam edib.

Sizlərə Şirvan dövrünə aid və Krımda tapılan 1 dirhəmi təqdim edirəm (Foto aşağıda – red.). Bu pul vahidi Şirvanşahlara aiddir və qeyri-adi formatı var. Bu formada pullar Çində daha çox yayılmışdı. Sin sülaləsi dövründə daha çox rast gəlinən bu formada pullar inanca görə insanları şər və bəladan xilas edir.

Şirvanşahlar dövründə bu formada pulun olması şəhərin qədim İpək yolu üzərində olması ilə əlaqəlidir. O dövrlərdə Çindən gələn tacirlərin istifadə etdiyi bu formada pul Şirvanda diqqəti cəlb etmiş və onlar da bu formada pul buraxmağa başlamışlar. Şamaxıdan Krıma və digər ərazilərə qədər də bu pul dövriyyədə olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://axar.az
archiveBu xəbər 05 İyun 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see318

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see217

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see166

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see136

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri