Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

“Şamaxı”nı məğlub etmək istəyirik”

“Şamaxı”nı məğlub etmək istəyirik”

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının IV turunda “Kəpəz” doğma azarkeşləri önündə “Şamaxı”nı qəbul edəcək. Avqustun 30-da yenidən istifadəyə verilmiş Gəncə şəhər stadionunun açılış matçında “Turan Tovuz”a qalib gələn (1:0) Gəncə təmsilçisinin tarixi arenada ilk qolunun müəllifi Viktor Stina olub.

Futbolpress.az xəbər verir ki, 28 yaşlı futbolçu klubun Media və Marketinq Departamentinə verdiyi müsahibədə qarşılaşma barədə fikirlərini bölüşüb:

–  Oyun həm mənim, həm də ümumlikdə komandam üçün xüsusi idi. Çünki yeni stadionda azarkeşlərimiz qarşısında sınaqdan keçməli idik. Şadam ki, ilk ev matçında azarkeşlərin də dəstəyi sayəsində qələbə qazandıq. İndi bütün fikrimiz növbəti görüşə yönəlib.

– “Turan Tovuz”un qapısına vurduğun qol baxımlı alındı. Hətta həmin qələbə topu avqustda Misli Premyer Liqasının ən yaxşı 5 qolundan biri sayılır. Qolun trayektoriyası kifayət qədər gözlənilməz idi. Necə oldu ki, topu qəbul edəndən sonra uzaq “doqquzluğ”u nişan almaq qərarına gəldiniz?

– Bir az ani qərar verdim. Kennet Kalunqadan ötürmə alıb, cərimə meydançasına daxil oldum və özümü sınamaq istədim. Komandamıza qələbə qazandıran topu vurduğuma görə şadam. Amma istənilən halda, mənim üçün kimin fərqlənməsinin fərqi yoxdur, ən əsası şərəfini qoruduğum klub uğur qazansın, istəyinə çatsın.

– Tribunalarda rekord sayda 13500 tamaşaçı var idi. Oyuna bu qədər azarkeşin gələcəyini gözləyirdiniz?

– Açığı, fanatların sayının belə çox olacağını gözləyirdim. Çünki “Kəpəz”in güclü azarkeş dəstəyinə malik olduğunu bilirdim. Azarkeş amili bizim üçün olduqca vacib məqamdır. Dolu tribunalar qarşısında oynayanda özümüzü daha inamlı, daha mübariz hiss edirik.

– Komanda daxilində ab-hava necədir? “Kəpəz”də sənin ən çox xoşuna gələn nədir?

– Şəxsən mənim üçün hər şey əladır. Burada mənə münasibət çox yaxşıdır. Komanda yoldaşlarımla çətinlik çəkmədən anlaşıram, bir-birimizə qarşılıqlı hörmət bəsləyirik. Həqiqətən “Kəpəz” bir ailədir. Bizim ən güclü cəhətimiz də elə budur. İnanıram ki, günü-gündən daha yaxşı komandaya çevriləcəyik, qələbələrin sayı artacaq.

– Növbəti matçı sabah “Şamaxı”ya qarşı keçirəcəksiniz. Bu oyuna necə hazırlaşmısınız? Necə düşünürsünüz, “Kəpəz” ardıcıl ikinci qələbəsini qazana bilərmi?

– Biz “Şamaxı”ya qarşı görüşə tam hazırıq. Azarkeşlərimizin bizdən hansı nəticə gözlədiklərini yaxşı başa düşürük. Bu, bizim məsuliyyətimizi bir qədər də artırır. Təbii ki, “Şamaxı”nı məğlub edərək, fanatları əyləndirmək, onlara qələbə sevnci bəxş etmək istəyirik.

–  Cari mövsümdə “Kəpəz”in ilk qolunun müəllifi sizsiniz. Sabahkı qarşılaşmada bunun davamı gələcəkmi? “Şamaxı”nın da qapısına yol tapacağınıza söz verirsiniz?

– İnanıram ki, nəticə komandamız üçün yaxşı olacaq. Məqsədimiz meydançanı 3 xalla tərk etməkdir. Bütün azarkeşləri “Şamaxı” ilə matça dəvət edirəm. Bizi maraqlı, həyəcanlı oyun gözləyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 03 Sentyabr 2026 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see454

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see436

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see419

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see289

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see286

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see270

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see269

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see251

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see244

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see236

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see228

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see221

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see209

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see202

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see197

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see197

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see195

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see189

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see172

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri