“Şamaxı”nın heyətində qol vuran bu futbolçunun müqaviləsi “Qəbələ”yə aiddi klubdan açıqlama
Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yoxlama görüşündə “Karvan”la qarşılaşan “Şamaxı”nın heyətində bir məqam gözdən qaçmayıb.
Belə ki, “şirlər”in start heyətində meydana çıxan, hətta hesabı açan futbolçu Abdullahi Şuaybu oldu. Axı bu futbolçu “Qəbələ”yə məxsusdu. Nə “Qəbələ”dən ayrılması, nə də “Şamaxı”ya gəlişi ilə bağlı məlumat var.
“Football-plus.az” məsələni dəqiqləşdirmək üçün “Şamaxı”nın idman direktoru Kamran İsmayılovla əlaqə saxlayıb:
“Şuaybu “Şamaxı”da baxışdadı. Bəli, bizlə məşq edir, yoxlama oyununda qol da vurub. “Qəbələ” ilə danışmışıq ki, Şuaybunu bəyənsək, şəxsi razılıq əldə etsək, heyətimizə qatacağıq. Bu barədə onlarla şifahi razılıq əldə etmişik. Hələ ki o baxışdadı. Buna biz qərar verəcəyik – Şuaybu “Şamaxı”da qalsın, ya yox. Hazırda Şuaybu ilə heç bir müqaviləmiz yoxdu”.
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 24 İyul 2025 19:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















