“Şamaxinka” yaxınlığında zibilxana yarandı QURUM HƏRƏKƏTƏ KEÇDİ VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Paytaxt sakinləri bəzi ərazilərdə yaranan natəmizlikdən narazıdır. Onlar aidiyyəti qurumların bu istiqamətdə vaxtaşırı nəzarət aparmamalarından şikayət edir.
Avtosfer.az xəbər verir ki, Yasamal rayonu səki boyu zibil qutularının ətrafında yaranmış antisanitariya vəziyyəti sakinlərin haqlı narazılığına səbəb olub.
Vətəndaşların sözlərinə görə, Moskva prospektində səkidə yerləşdirilən dörd ədəd zibil qutusundan yalnız ikisi tam dolu olub, lakin digər tullantılar qutuların kənarına atılıb və nəticədə, səki zibilxanaya çevrilib. Sakinlər deyir ki, bura “20 Yanvar” metrosuna tərəf gedən əsas yolun kənarı olduğu üçün prospektlə hərəkət edən hər kəs zibilini az qala maşından tullayıb gedir.
Məsələ ilə bağlı redaksiyamıza daxil olan şikayətlər əsasında Yasamal Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurum qısa müddət ərzində məsələyə reaksiya verərək ərazidə təmizlik işləri aparıb və ərazinin əvvəlki təmiz vəziyyətini bərpa edib.
Fidan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 29 May 2025 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















