Icma.az
close
up
RU
Şamaxıya qar yağdı Yollar buz bağladı

Şamaxıya qar yağdı Yollar buz bağladı

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Baharın ilk günləri olmasına baxmayaraq, təbiət hələ də bu dəyişikliyə tam uyğunlaşmayıb. Azərbaycanın bəzi bölgələrində hava şəraiti kəskin dəyişib, yaz yağışları isə artıq yerini qar yağışına verib. Xüsusilə Şamaxıda müşahidə edilən güclü qar qış mənzərəsi yaradıb.

Modern.az AzərTac-a istinadən xəbər verir ki, son günlər temperaturun 15-20 dərəcə aşağı düşməsi bölgədə şaxtalı havaya səbəb olub. Güclü duman müşahidə edildiyindən nəqliyyatın hərəkətində çətinliklər yaşanmaması üçün aidiyyəti qurumlar gücləndirilmiş iş rejiminə keçiblər. “19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Nazim Eynallının sözlərinə görə, Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yolunun qardan və buzdan təmizlənməsi üçün əraziyə texnika və canlı qüvvə cəlb edilib. Onun sözlərinə görə, qarın hündürlüyü normadan çox olsa da, yolun hərəkət hissəsində ciddi problem qeydə alınmayıb. Bayram və istirahət günlərində bölgəyə axın edən yerli və xarici turistlərin rahat hərəkətini təmin etmək məqsədilə yol təmizləmə işləri fasiləsiz davam etdirilir.

Axşam saatlarında qarın güclənəcəyi, havanın daha şaxtalı və dumanlı olacağı proqnozlaşdırılır. Bu səbəbdən sürücülərə, xüsusilə Şamaxı-Pirqulu-Dəmirçi yolunda hərəkət edənlərə diqqətli olmaları tövsiyə edilib. Bildirilib ki, sürət həddinə əməl etmək, qarlı və buzlu yollarda ehtiyatlı olmaq vacibdir.

Qarın ən çox sevindirən tərəfi isə bölgəyə istirahət üçün gələn yerli və xarici turistlərdir. Bayram günlərini fürsət bilən qonaqlar bu səhəri möhtəşəm qış mənzərəsi ilə açıblar. Sərt hava şəraitinə baxmayaraq, Şamaxının qarla örtülmüş gözəlliyini görmək istəyənlərin sayı durmadan artır. Turistlər təbiətin bu gözlənilməz sürprizindən zövq alaraq, dağlıq ərazilərdə gəzintiyə çıxır, şəkillər çəkdirir və qışın son hədiyyəsini dəyərləndirirlər.

Yağan qarın kənd təsərrüfatına təsiri isə fərqli qiymətləndirilir. Sakinlərin sözlərinə görə, qarın taxıl və otlaq sahələrinə müsbət təsiri gözlənilir, lakin meyvə ağaclarına ciddi zərər dəyə bilər. Çünki yazın gəlişi ilə bir çox meyvə ağacları çiçək açıb və bar verməyə başlayıb. Hazırda havanın temperaturunun mənfiyə düşməsi məhsuldarlığa mənfi təsir edə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Mart 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see406

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see379

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see363

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see320

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see308

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see278

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see256

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see253

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see216

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see215

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see207

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see204

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see197

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see195

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see186

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see184

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see182

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see179

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri