Saməddin Əsədov: Kosmosa çıxışda gözlənilən artım tibb mövzularını daha da aktuallaşdırır
Report.az saytına istinadən Icma.az xəbər verir.
Növbəti 10 ildə kosmosa çıxan insanların sayında ciddi artım gözlənilir.
"Report" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov “Kosmik Tibbin Əsasları” adlı xüsusi təlim proqramının açılış mərasimində bildirib.
“Yaxın gələcəkdə kosmik texnologiyaların sürətli inkişafı və mövcud müşahidələr göstərir ki, beynəlxalq kosmik stansiyalara və ümumilikdə orbitə çıxan insanların sayı artacaq. Bu sıraya həm astronavtlar, həm də kosmik turistlər daxil olacaq. Bu proses kosmosda tibb mövzularını daha da aktual edir. Ümumiyyətlə, kosmik tədqiqatlar və tibb bir-biri ilə sıx əlaqəlidir. Kosmosda astronavtların həyatını təmin etmək üçün hazırlanmış həllər sonradan tibdə geniş tətbiq olunmağa başlayıb”, - deyə o vurğulayıb.
S. Əsədovun sözlərinə görə, bir çox müasir tibbi texnologiya və cihazlar ilk dəfə astronavtlar üçün hazırlanıb və onlarda sınaqdan keçirilib. “Məsələn, ultrasəs müayinə cihazları, yüngül görmə və eşitmə avadanlıqları, eləcə də qulaq termometrləri əvvəlcə astronavtlar üçün yaradılıb. Daha sonra bu texnologiyalar geniş şəkildə tibdə istifadə olunmağa başlanıb”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 19 Dekabr 2024 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















