Şamil Ayrım: Qərbi azərbaycanlılar öz vətənlərinə geri qaytarılana qədər....
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qərbi azərbaycanlılar öz vətənlərinə geri qaytarılana qədər bu məsələ beynəlxalq aləmdə aktual olmalıdır.
Bunu “Report”un yerli bürosuna Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.
Millət vəkili Qərbi azərbaycanlılara qarşı edilən haqsızlıqların Antalyada keçirilən 4-cü Diplomatik Forumunda səsləndirlməsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu məsələdə rəsmi Bakının prinsipial mövqeyi mövzunu beynəlxalq aləmə qədər gətirib çıxarıb: “Qarabağ Zəfərindən sonra məcburi köçkünlərin öz yurd-yuvalarına dönməsi prosesi başlayıb. Təbii ki, bunun ardından Qərbi azərbaycanlıların da öz vətənlərinə geri dönmələri məsələsi aktuallaşdı. Azərbaycanın bu insanların da öz yurdlarına təhlükəsiz şəkildə qayıtması ilə bağlı başlatdığı fəaliyyət təqdirəlayiqdir. Çünki onlar da ermənilərin Azərbaycan torpaqları ilə bağlı iddialarının qurbanlarıdır. Bu baxımdan Qərbi Azərbaycan İcmasının atdığı mühüm addımlar təqdir edilməlidir”.
Ş.Ayrım onu da qeyd edib ki, Türkiyənin bu məsələdə də Azərbaycanın yanında olması bəşəri ədalətin təminidir: “Biz də Türkiyə olaraq bu ədalətsizliyi beynəlxalq aləmə çatdırmaq üçün bacardığımız qədər dəstək göstəririk və bu, ənənəvi olaraq bizim hər zaman-haqqın-ədalətin yanında olmağımızın göstəricisidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 12 Aprel 2025 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















