Icma.az
close
up
RU
Samir Abasov: “Bugünkü oyun bizim üçün ümiddir”

Samir Abasov: “Bugünkü oyun bizim üçün ümiddir”

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının III turunun “Neftçi” – “Turan Tovuz” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı fikirlərini bölüşüb:

– Komandanız nə üçün qol vura bilmir?
– İmkanlarımız oldu, təəssüf ki, bəxtimiz gətirmir. Əvvəlki oyunda da 100 faizlik epizodları dəyərləndir bilməmişdik. Bundan öncəki matçlara baxanda bu gün daha dinamik idik. İlk dəqiqədən qələbə üçün çalışdıq. Planlarımız rəqibin qoluyla pozuldu. Futbolçular həddən artıq arzulu idi ki, qol vursun. İkinci hissədə də aldığımız qırmızı vərəqə daha bir zərbə oldu. Azlıqda olsaq da, təzyiq etdik, çalışdıq. Əfsuslar olsun, bu gün qapımızda epizod görmədən uduzduq. Futbolçulara təşəkkür edirəm, dinamik oynadılar, istəkli idilər. Əlbəttə, səhvlər, tələskənlikdən irəli gələn səhvlər olacaq. Yaxşı işlər görməyə qadirik. Futbolçulardan bu siqnalı gördüm.

– Erkən qol planlarınızı nə qədər pozdu? Və qapıçı Kenan Piriçə səhvi ilə bağlı nəsə deyəcəksiniz?
– Qapıçının səhvi var idi. Lakin bir səhvlə kimisə silmək olmaz. Hamı səhv edə bilər. Kenanın yanındayıq. İnanıram ki, təcrübəsi bizə kömək olacaq. Bu gün mövzu hansısa oyunçunu cəzalandırmaq deyil.

– Kenan Türkiyə Super Liqasında 34 oyunda 65 qol buraxıb. Əvvəlki matçlarda da səhvləri olmuşdu. Növbəti turlarda da oynasa, xallar itirəcəyinizi düşünürsünüz?
– Bunu düşünmürük. Hamı səhv edir, futbolçunu qorumaq lazımdır. Piriçə tam dəstəyik. Bu gün Super Liqadan qapıçı gətirmək asan deyil, bunu “Neftçi” etdi. Futbolçulardan fərdi olaraq danışmaq istəmirəm.

– Bu gün sizi yaxşı oyun, ya nəticə məmnun edir?
– Bugünkü oyun bizim üçün ümiddir, siqnaldır. Qazanmadığımız xal üzərində danışılacaq. Etirazım yoxdur. Sadəcə hansı oyunun üzərində durmaq olar, hansını yaxşılaşdırmaq olar. Bu komanda daha yaxşı işlər görəcək. Buna inanıram. Komandama sonsuz inanıram. Bilirəm ki, yaxşı olacaq.

– Qırmızı vərəqə epizodunda Əliyar Ağayev nə dərəcə işinin öhdəsindən gəlib?
– Əliyarın hansı səviyyədə olduğu hamıya bəllidir. Bugünkü oyun idarəsindən narazı qaldım. Penalti epizodunu indi izah edə bilmirəm, dəqiqliklə baxa bilməmişəm. Rəqib oyunçuların bir neçə dəfə kobud oyunu oldu, vərəqələr verilməli idi. Bilmirəm, necə başa düşüləcək, ancaq sanki bir tərəfə simpatiyası var idi. Bizim əsəblərimizlə oynadı. Əliyar özü görüb, qərar veribsə, dəstəkləyirəm. Bu gün özümüzü ev komandası kimi hiss etmədik. Dəhşət bir şeydir.

– Qorxmursunuz ki, ardıcıl xal itkiləri istefanıza səbəb olar?
– Ola bilər.

– “Neftçi”ni “Qarabağ”ı Çempionlar Liqasına yüksəlməsinə görə təbrik etmədiyi üçün qınayırlar…
– Təbrik etsəm, rəqib kimi digər azarkeşlər də qınayar… Nəysə.

– Şamaxıda olanda demişdiniz ki, qapalı komandalara qol vurmaq çətindir. Bu gün də Tovuz təmsilçisi qarşısında fərqlənə bilmədiniz. Taktiki problem var, ya futbolçu seçimləri ilə bağlıdır?
– Hər fikrə hörmətlə yanaşmalıyıq. Futbolçuların səviyyəsi ilə də bağlı deyil. İmkan vermərəm ki, kimsə onlar haqda danışsın. Kifayət qədər səviyyəli oyunçumuz var. Bu gün qapalı komandaya qarşı oynadıq.

– Cinahlardan asmalar az olur. Bu, nə ilə bağlıdır?
– Falaye Sako yüksək səviyyədə oyun keçirdi. Hər oyunun öz sistemi var. “Turan Tovuz”un hündür müdafiəçiləri var. Həm də oyun üslubumuz başqadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 29 Avqust 2025 23:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri