Icma.az
close
up
RU
Samir Abasov: Nefçti”də oynayan futbolçular bu təzyiqi də aşmalıdırlar

Samir Abasov: Nefçti”də oynayan futbolçular bu təzyiqi də aşmalıdırlar

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Neftçi" Misli Premyer Liqasının XVII turunda doğma meydanda "Kəpəz"i 2:1 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularıma təşəkkür edirəm. Nəticədən razı qaldım. Bugünkü gündə bizə nəticə lazımdır. Futbolçular mübarizə apardılar. İşimizə davam edəcəyik. Bu nəticəyə ehtiyacımız var idi.

- Ramil Şeydayevi meydana buraxmaqla, öz əziyyətinizi yerə vurduğunuzu düşünürsüz?

- Boqomlski başlamışdı oyuna. Rəqib müdafiəçiləri də nəzərə almışdıq. Seçim düzgün idi. Birinci hissədə rəqibin müdafiəçilərini təzyiqdə saxlaya bilirdi. Zədələndi və əvəzetmə istədi. Bunlar hamısı bizim oyunçulardır. Futbolçularla işləyirik, yaxşı kondisiyaya gətirmək istəyirik. Reallığı bilmək istəsəz... "Nefçti"də oynayan futbolçular bu təzyiqi də aşmalıdırlar. Əfsuslar olsun ki, psixoloji durumumuz pisdir və hər futbolçu üzərində yük hiss edir. Bunu qələbə ilə üzərimizdən ata bilərik.

- Ciddi itkiləriniz var idi. Məcburiyyətdən buraxmışdız bu heyəti? Dəyişikliklərdən sonrakı oyununuzu necə şərh edərdiz?

- Birinci gündən, bura ayaq basandan zədələr çoxdur. İlk məşqdən sonra üç nəfər zədələndi. Xroniki zədələr üzə çıxır. Birinci oyundan sonra 2-3 nəfər də sıradan çıxdı. Bu proseslər yaşanırdı. Bu da balanslı şəkildə oyuna hazırlaşmağa maneçilik törədir. Bu gün 6 nəfər zədəlimiz var idi. Çoxu da yerli oyunçulardır. Paltardəyişmə otağından çıxanda, bir şeyə fokuslanıb çıxırıq. Oyunun gedişatında nələrsə dəyişir. Rəqib bəzi anlarda üstünlüyü ələ alır. Onda problemlər yaşamağa başlayırıq. İkinci hissədə rəqibin uduza-uduza epizod yaratmağı normaldır. Görünən o idi ki, bütün futbolçular sanki birinci dəfə futbola gəlmiş kimi idilər. Qərarları deyirəm. Bunları da anlayıram. Söz vermək istəmirəm. Bir oyunumuz qalıb. Dincəlməyə vaxtımız olar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://sport24.az
archiveBu xəbər 15 Dekabr 2024 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri