Icma.az
close
up
RU
Samir Abasov: “Niyə heç bir kluba belə suallar verilmir?”

Samir Abasov: “Niyə heç bir kluba belə suallar verilmir?”

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XXVI turunun “Neftçi” – “Turan Tovuz” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Rəqibin azlıqda qalması yenə planlarınızı pozdu?
– Rəqib azlıqda qalmazdan əvvəl də yaxşı başlamışdıq. İstədiyimizi futbolçular yerinə yetirirdi. Sürət və dinamika var idi. Onsuz da rəqibin oyunu bəllidir. Bütün komandayla müdafiə olunurlar. İlk hissədə 2 real qol epizodumuz oldu. İkinci hissədə daha da çox istəkli idik. Əvəzetmələrin də təsiriylə qol vurduq. Amma 10 nəfərə qarşı hazırlaşmamışdıq.

– Komanda qeyri-sabitliyi tərk edə bilmir. Bütün diqqəti kuboka yönəltmisiz?
– Mən bura gələndə də çıxşş yolu kimi kuboku görürdük. Hər kəs üçün bu aydın idi. Çempionatdan heç vaxt qopmamışıq. Bütün oyunlara qalibiyyət üçün çıxırıq. Bütün futbolçularımdan razı qaldım.

– Ötən oyunda Ağadadaş Salyanskini tənqid etdiniz, amma yenə start heyətində idi. Niyə?
– Futbolçunu tənqid edirik və danışırıq. Bu mənim iş prinsipimdir. Xoş hal o idi ki, Ağanın vəkilləri çoxaldı, üzə çıxdı. Keçən dəfə tənqid etdik deyə bu dəfə heyətə çıxarmayacağıq deyə bir şey yoxdu. O, daha da yaxşı olmalıdır. Ağadadaş, Murad kimi futbolçular başa düşməlidir ki, bu şansdır. Baxmayaraq ki, yüksək maaş alan oyunçular ehtiyatda oturur. Mən gələndə cəmi 9 dəqiqə meydanda olmuşdu. Yerli məşqçi kimi ona şans verirəm. Hamısı şans qazanacaq.

– Hazırki “Neftçi” həqiqətən də azlıqda qalan “Turan Tovuz”u məğlub etmək potensialında deyil?
– Epizodların üzərində işləyirik. Amma oyunun sonlarında elə şeylər baş verir ki, orada sən özün qərar verməlisən. Rəqib 11 nəfərlə də olsaydı , eyni situasiya yaşanacaqdı bəlkə də. 10 nəfər qalmağı əlinizdə bayraq tutursuz. Rəqib çempionatda 10 qoldan 9-nu standart vəziyyətlərdən vurub. Biz əlimizdən gələn hər şeyi etdik.

– Dembo Darbonun zədəsi nə yerdədir?
– Darbonun zədəsi xronikidi, yoxsa reyil, bilmirəm. Qış fasiləsindən sonra isə zədəsi uzun müddətli reabilitasiya keçməsinə səbəb olub. Heyətdə minimum 23 oyunçu olmalıdır deyə onu matçın iştirak ərizəsinə salmışdıq. Milli fasilədən sonra düzələ bilər.

– Emin zədə səbəbindən bu oyunu buraxdı?
– Emin Mahmudov “Səbail”lə matçı da buraxacaq. Emin kimi yaşlı futbolçularda proses uzun çəkir.

– Sizin futbolçu vaxtı özünüzdə olan istək indiki “Neftçi”də görünmür…
– Elə deməzdim. Bu qol bizi üzdü. Amma çalışırıq ki, ən pozitiv hissələrdən özümüzçün dərs çıxaraq. Əgər kiminsə içində istək yoxdursa, bunu dəyişə bilmərik. Amma oyunçulara aşılamağa çalışırıq. Amma son vaxtlar xatırlamıram ki, hansısa oyunlarda tez təslim olaq. Komandanın, oyunçuların düşüş vaxtı olur. Amma “Kəpəz”lə oyundan sonra belə fikir sizdə formalaşırsa, razılaşmıram. Baş hakimin hər xırda şeyə cərimə verdiyi oyunda futbolçular sona qədər meydanda can qoydular.

– “Neftçi” digər klublar kimi deyil axı…
– Reallığı da qəbul edin. 5 xalla komandanı götürmüşük. 15-20 xal fərqlə komandanı 1-2-ci yerə gətirə bilməzsən. Bu gün pis tərəfləri deyiriksə, yaxşı tərəfləri də deyək. Məsələn, Sambu sonradan oyuna girdi və qol vurdu. Bu gün nədən narazı olum? Bu uşaqlar nə etdilər ki? Əllərindən gələni edirlər. Komandanın oyun üslubunu daha da inkişaf etdirmək üçün krüativ oyunçulara ehtiyacımız var. Gələcəkdə hər şey düzələcək.

– Ötən tur bəzi azarkeşlər “Neftçi”ni “Kəpəz”ə qəsdən uduzduğuna görə suçladı…
– Bu vaxta qədər niyə heç bir kluba belə suallar verilmir? Cavab nə verim? Kameranı söndürün, xanımlar çıxsın, mən danışım.

Mirkamal Kazım

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 10 Mart 2025 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see335

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see297

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see288

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see287

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see279

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see273

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see269

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see259

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see248

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see238

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see236

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see231

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see227

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see211

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see210

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see202

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see200

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see189

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri