Icma.az
close
up
RU
Samir Abasov: Qarşıdakı oyunlarda da Neftçi nin reallığını göstərməyə çalışacağıq

Samir Abasov: Qarşıdakı oyunlarda da Neftçi nin reallığını göstərməyə çalışacağıq

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Neftçi" Misli Premyer Liqasının 21-ci turunda doğma meydanda "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çempionatdakı bütün komandalarla oynamaq çətindir. Asan oyun yoxdur. Bütün matçlarda bu cür əziyyət çəkməyimiz normal haldır. Hər iki hissədəki çıxışımızdan razı qaldım. Bu gün həddindən artıq nizam-intizamlı oynamağımız, rəqibə epizod verməməyimiz məni çox sevindirdi. "Şamaxı"nın heyətində də əlinə düşən epizodları dəyərləndirməyi bacaran futbolçular var. Bu da biz və digər komandalar üçün çətinlik yaradır. Azərbaycan Kubokunda keçirəcəyimiz oyuna da köklənmişik. Bugünkü qələbə həmin matç üçün də bizə bir növ motivasiya oldu. 

- Bu gün bir sıra futbolçuların, ələlxüsus Emin Mahmudovun performansında irəliləyiş gözə çarpdı. Bir həftə ərzində nəyi dəyişdiz ki, məğlubiyyətdən sonra futbolçular bu cür çıxış etdilər?

- Ötən turdakı məğlubiyyətin ən böyük səbəbkarı kimi özümü görürəm. Çünki özüm də reallığa yox, adımıza aldandım. Baxmayaraq ki, həmin qarşılaşmada da nizam-intizamlı çıxış etdik, lakin yenə də deyirəm, adımıza aldandıq. Və nəticə də göz qabağında idi. Bugünkü matçda reallığı ortaya qoyduq. Rəqibə epizod verməməli, həddindən artıq düzgün oynamalıyıq. Bizim də reallığımız budur. Xeyli iş görülməlidir. Bu, qapıçıdan başlamış, hücumçuya qədər olan bir prosesdir. İnşallah, qarşıdakı oyunlarda da "Neftçi"nin reallığını göstərməyə çalışacağıq.

- Etiraf edək ki, ilk yarım saat ərzində "Şamaxı" daha yaxşı çıxış edirdi...

- Ştoqrin xeyli müddət meydanda olmadı, daha sonra isə əvəzləndi. Onun yerinə meydana daxil olan Ervin Koffidə təngənəfəslik vardı, çünki birdən-birə meydana daxil olmuşdu. Bu amili nəzərə alsaq, rəqibə üstünlük vermiş olduq. Lakin sonradan matça nəzarəti ələ ala bildik.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://sportal.az
archiveBu xəbər 31 Yanvar 2025 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri