Samir Abasov Zirə ilə matçda bu futbolçuları oynada bilməyəcək ADLAR
Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Neftçi" Misli Premyer Liqasının 22-ci turunda səfərdə "Zirə" ilə qarşılaşacağı oyunun hazırlığını başa vurub.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-qaralar" bu gün "Neftçi" Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb.
Bərpa dövrünü davam etdirən futbolçular – Rafael Quzzo, Edvin Kuç və Andrey Ştoqrin fərdi məşğul olublar. Onlar "Kəpəz"lə kubok oyununda olduğu kimi, sabahkı görüşü də buraxacaqlar. Əvəzində, bərpa dövrünü başa vuran Rəhman Hacıyev və Dembo Darbo, həmçinin səhhətində problemi aradan qaldıran Azər Əliyev komanda ilə birlikdə məşq ediblər.
Qeyd edək ki, fevralın 10-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək "Zirə" – "Neftçi" oyunu saat 19:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 09 Fevral 2025 22:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















