Samir Abasovun 9 futbolçuyla yolları ayırması heç kimi təəccübləndirmir Arif Əsədov
Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
"Təbii ki, "Neftçi"də baş verən dəyişiklikləri izləyirəm".
Bu sözləri "Football-plus.az"a açıqlamasında təcrübəli mütəxəssis Arif Əsədov deyib. Millimizin sabiq məşqçisi paytaxt təmsilçisinin heyətində baş verən dəyişiklikləri dəyərləndirib:
"Baş məşqçi Samir Abasovun 9 futbolçuyla yolları ayırması bu gün heç kimi təəccübləndirmir. Çünki onun komandanı tanımaq üçün aylarla vaxtı oldu. Bununla belə, mövcud futbolçularla nə mükafatçılar sırasına düşdü, nə də ölkə kubokuna yiyələnə bildi. Ümumiyyətlə, "Neftçi" yenə titulsuz qaldı. Ancaq bu komandanın azarkeşlərinin nə qədər tələbkar olduğu bəllidi. Belə vəziyyətdə dəyişikliklər çoxdan gözlənilirdi. Bunu təkcə rəhbərlik və baş məşqçi yox, xalq, futbol ictimaiyyəti tələb edir. Əlbəttə, "Neftçi" ən yüksək yerlər, ən ciddi titullar uğrunda mübarizə aparmalıdı. Ancaq yeni transferlər gedənlərin yerini artıqlamasıyla doldurmasa, daha bir mövsüm boşa veriləcək. Çox doğru seçimlər edilməlidi. Kimin gedəcəyinə, kimin qalacağına baş məşqçi qərar verir. Düşünürəm ki, Samir Abasov ən düzgün nədisə, onu da edəcək".
"Hər ikisinin yetərincə böyük təcrübəsi var. "Neftçi"yə belə yerli futbolçular lazımdı. Oyunçu nə qədər güclü olsa da komanda düzgün formalaşdırılmasa, özünü yaxşı tərəfdən göstərə, bacarıqlarını ortaya qoya bilməz. Futbol komanda oyunudu. İnanıram ki, həm Emin, həm də Ramil düzgün transfer siyasəti nəticəsində öz əzəmətli çıxışını qaytaracaq".
Baxış sayı:80
Bu xəbər 14 İyun 2025 09:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















