Icma.az
close
up
RU
Samir Abasovun hoqqaları REPLİKA

Samir Abasovun hoqqaları REPLİKA

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Görəsən, Samir Abasov özünü sonuncu dəfə nə vaxt günahkar hiss edib?

“Sumqayıt”ı çətin vəziyyətdə qoyub “Neftçi”nin xilaskarı olmaq qərarı verəndəmi? “Qarabağ”la matçda 0:3 hesabıyla geridə olduqları halda, beşinci əvəzetməni reallaşdırmaq haqqından yararlanmaq yerinə azarkeş roluna yiyələnəndəmi? “Ağ-qaralar”ı meydana çıxardığı 12 premyer-liqa matçından yalnız dördündə qələbə qazanandamı? Qış təlim-məşq toplanışı çərçivəsində bircə yoxlama oyunu belə keçirməyəndəmi? “Transfer pəncərəsi”ndən layiqincə istifadə edə bilməyəndəmi?
Samir Abasov özünü nə vaxt “sudan quru çıxarıb”? Hər uğursuz nəticədən sonra! Günahkar ya futbolçuların psixoloji durumu olub, ya da fiziki hazırlığı. Əminəm ki, “ağ-qaralar”ın maliyyə problemi olsa, bu da qabardılacaqdı. Ona görə ki, Abasov “Sumqayıt” dövründə dəfələrlə həmin məsələni ön plana çıxarıb. Hələ infrastruktur məsələsini demirəm.
“Neftçi”də çatışmayan nədi? Və ya ilk 6 pillədə qərarlaşan komandalar hansı baxımdan “ağ-qaralar”dan üstündü? Yalnız qazandığı nəticələrdə! Şübhəsi olan “Qarabağ”ı bir qədər istisna etməklə “Neftçi”ni bütün göstəricilərə əsasən qalanlarıyla müqayisə edə bilər. Onda hər kəs biləcək ki, problem həm də Samir Abasovdadı. Bəhanələrə sığınan, futbolçuların psixoloji durumunun ürəkaçan olmadığını bilə-bilə, daha da sıxan, bəzən dolayı, bəzən də birbaşa yolla onları suçlayan baş məşqçidə!
Mənə inanmırsız? Yuxarıdakı konkret sübutlar sizi qane etmədi? Birini də deyim. Samir Abasov 20-ci tur çərçivəsində “Araz-Naxçıvan”la keçirilən matçın 46-cı dəqiqəsində 4 (!) futbolçunu əvəzlədi. Bu, start heyətini yanlış seçməklə bağlı acı etiraf deyilmi? Tamam, yoxsa kubok vədiylə vaxt qazanmağa davam?
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Fevral 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayın istisində yeməli və uzaq durulmalı qidalar

09 İyul 2026 04:04see475

Sovetski də yeni söküntü başlanacaq İcra başçısı kompensasiyanın məbləğindən danışdı

09 İyul 2026 05:46see456

Zeytun aptekləri cərimələndi DƏRMANI QİYMƏTİNDƏN BAHA SATIRMIŞ

09 İyul 2026 03:49see436

Arıqlamaq üçün ən faydalı süd məhsulu: Kimlər içə bilər?

09 İyul 2026 02:30see388

Üçüncü Dünya müharibəsinin olacağı ehtimalı yüksəkdir

09 İyul 2026 08:18see302

ABŞ li həkimdən eşitmənin yaxşılaşması ilə bağlı vacib məsləhət (Video)

09 İyul 2026 06:07see299

Qatlanan “iPhone”u gözləyənlərə pis xəbər: Satışa məhdud sayda çıxacaq

09 İyul 2026 05:23see275

UFC döyüşçüsü Azərbaycanda keçirilən turnirdə qələbədən sonra aldığı hədiyyəsini nümayiş etdirib FOTO

09 İyul 2026 01:56see243

Hazırda İran şəhərləri... Video

09 İyul 2026 01:47see233

Qonşu ölkələr turistlərdən milyon qazanır

08 İyul 2026 16:59see213

Çin Rusiyanı “sökür”..?

08 İyul 2026 18:08see211

Bruno Gimarayeş “Arsenal”a keçmək istədiyini bildirib

09 İyul 2026 03:12see204

Avropa Liqası: Qarabağ qalib gəlir (YENİLƏNİR)

09 İyul 2026 20:33see204

Məşhur türk aktrisanın ölüm səbəbi açıqlandı alkoqol zəhərlənməsi...

09 İyul 2026 03:04see170

Norveç millisi pis şəraitə görə DÇ 2026 nın dörddəbir finalından əvvəl oteli dəyişib

09 İyul 2026 02:17see170

Vətən Müharibəsi Qəhrəmanı generalın birinci müavini oldu

08 İyul 2026 14:43see169

Milli maraqlar naminə fövqəladə missiya

09 İyul 2026 00:54see162

Yamal Ronaldodan danışdı “Uşaqlığımıza damğa vurub”

09 İyul 2026 03:33see157

Avropa çempionatı: Millimiz yarışı beş medalla başa vurdu

09 İyul 2026 01:39see157

“İnsanlar Marsa getmir” Bakı Tiflis qatarının qiymətinə sərt REAKSİYA KONKRET

08 İyul 2026 16:49see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri