Icma.az
close
up
RU
Samir Əliyev: “Bu tsikldə də rəqibə qalib gəlməyimiz mümkündür” MÜSAHİBƏ

Samir Əliyev: “Bu tsikldə də rəqibə qalib gəlməyimiz mümkündür” MÜSAHİBƏ

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycan millisinin sabiq hücumçusu Samir Əliyevin futbolinfo.az saytına müsahibəsi

- Yığmamız DÇ-2026-nın seçmə mərhələsində ilk oyununu sentyabrın 5-də səfərdə İslandiyaya qarşı keçirəcək. Millimiz bu görüşdə yaxşı nəticəyə imza ata bilər?

- Bu yaxınlarda yığmamızın qapıçısı Şahrudin Məhəmmədəliyevin müsahibəsini oxudum, doğru olub-olmadığını bilmirəm. Ancaq dediyinə görə, əvvəl futbolçular milliyə daha istəkli gəlirdilər. Bu baxımdan, yığma üzvlərinin motivasiyasının hansı səviyyədə olması oyunda görünəcək. Ümid edirəm ki, Fernandu Santuş komandanı bu görüşə yaxşı hazırlaya və gözəl oyunla bizləri sevindirə biləcək.
İslandiya ilə qarşılaşmadan 4 gün sonra Bakıda Ukrayna yığmasını qəbul edəcəyik. Bu görüşdə şansları necə dəyərləndirirsiniz?
Ukrayna millisi Fransa ilə birlikdə qrupun favoriti hesab edilir və güclü heyətə malikdir. Ümid edək ki, hər seçmə mərhələdə olduğu kimi, bu dəfə də sensasiyaya imza ata biləcəyik.

- İslandiya və Ukrayna ilə matçlarda millimizin heyətində kimdən və ya kimlərdən qol gözləyirsiniz?

- Reallıq odur ki, bu gün millinin heyətinə dəvət edilən futbolçuların arasında klublarında oyun praktikası olanlar və olmayanlar var. Bir neçə mövqe var ki, orada ciddi problemlər mövcuddur. Kimin oynayıb-oynamayacağını Santuşdan başqa kimsə bilmir. Bu baxımdan, kimin qol vura biləcəyini söyləmək çətindir. Hücum xəttində yer alan futbolçulardan da qol gözləmək olar, standart vəziyyətlər zamanı müdafiəçilərimizdən də.

- Ümumilikdə, yığmamızın DÇ-2026-nın seçmə mərhələsini neçə xalla bitirəcəyini ehtimal edirsiniz?

- Qeyd etdiyim kimi, tarixə nəzər salsaq, görərik ki, hər seçmə mərhələdə qalib gəldiyimiz oyunlar olub. Bu, 1996-cı ildən tutmuş bu vaxta qədər davam edib. Bu müddətdə İsveçrə, Serbiya, Norveç, Finlandiya və s. ölkələrə qalib gəlmişik. Bu seçmə mərhələdə də hansısa komandaya qalib gəlməyimiz mümkündür.

- “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibləri haqda hansı fikirdəsiniz? Sizcə, çempionumuz növbəti mərhələyə adlayacaq 24 komandanın sırasına düşə və yeni tarix yaza biləcək?

- Çempionlar Liqası tamam başqa səviyyədir və orada zəif rəqib yoxdur. “Qarabağ” üçün Liqa mərhələsində çətin olacaq. Bununla belə, çempionumuzun öz oyunu ilə azarkeşləri sevindirəcəyinə əminəm.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 03 Sentyabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see338

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see329

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see326

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see314

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see312

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see301

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see293

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see273

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see269

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see268

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see266

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see264

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see261

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see259

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see255

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see252

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see233

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see220

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri