Icma.az
close
up
RU
Samir Hüseynov: Astara və Masallıda boks zallarının açılmasını həyata keçirəcəyik

Samir Hüseynov: Astara və Masallıda boks zallarının açılmasını həyata keçirəcəyik

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Hesab edirəm ki, Sumqayıtdan sonra Lənkəranda belə möhtəşəm mərkəzin açılışı bu bölgədə boksun inkişafına daha da böyük töhvə verəcək. Artıq cənub bölgəsindən olan idmançılarımız məharətlərini dünya səviyyəsində göstəriblər".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov Lənkəranda Cənub Regional Boks Mərkəzinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu, federasiyanın strateji planına uyğun olaraq həyata keçirilib və əsas istiqamətlərindən biri regionlarda boks infrastrukturunun inkişafına yönəlib: “Bu bölgədə zona yarışlarının keçirilməsini düşünürük. Eyni zamanda, dünyanın müxtəlif bölgələrindən ən səviyyəli təlimçilər cəlb edərək məşqçilərin təlimlərini təmin edəcəyik. 2,5 hektar ərazidə belə infrsatrukturun yaradılması bundan sonra da bu bölgədə boksun inkişafına ciddi təkan verəcək”.

ABF rəsmisi qarşıdakı planları da açıqlayıb: “Bundan sonra böyük ərazidə boks mərkəzi ilə yanaşı, idmançıların qalıb təlim keçməsi üçün də əlavə yataqxananın tikilməsi nəzərdə tutulub. Hesab edirəm ki, qısa müddətdə bu bölgədən Azərbaycanın bayrağını ən yüksək səviyyələrə qaldıracaq idmançılar çıxacaq. Əvəllər vardısa belə, bu, daha da artacaq. Bu bölgədə ciddi idmançılar yetişib. Sadəcə infrastrukturun olmaması müəyyən çətinliklər yaradıb. Bundan sonra da bu bölgədə, eyni zamanda Astara və Masallıda planımıza uyğun olaraq, boks zallarının açılmasını həyata keçirəcəyik. Qusar da mərkəz açmağı planlaşdırırıq. Hazırda orada yerlə əlaqədar icra hakimiyyəti ilə danışıqlarımız gedir. Hesab edirəm ki, bunu ilin ikinci yarısında həyata keçirəcəyik".

Qeyd edək ki, Cənub Regional Boks Mərkəzindən başqa, Bakı Boks Mərkəzi və Sumqayıt şəhər stadionunda Boks Təlim Mərkəzi də fəaliyyət göstərir.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 12 İyun 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri