Icma.az
close
up
RU
Samir Nuriyev BƏƏ nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşüb

Samir Nuriyev BƏƏ nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşüb

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

İyulun 17-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hesablama Qurumunun sədri Humeyd Obeyd Abuşibsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

APA xəbər verir ki, görüşdə Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətlərin cari vəziyyətindən məmnunluq ifadə olunub. Bu xüsusda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə son səfərinin və hər iki ölkənin dövlət başçılarının iştirakı ilə imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”nin qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaratdığı xüsusilə vurğulanıb.

Son illər Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadiyyat, nəqliyyat, enerji, mədəniyyət sahələrində və digər sahələrdə münasibətlərin davamlı və dinamik inkişaf etdiyi vurğulanıb. BƏƏ şirkətlərinin Azərbaycanda alternativ və bərpaolunan enerji mənbələrində istifadə sahəsində bir sıra uğurlu layihələr icra etdiyi bildirilib.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin sürətlə davam etdiyi diqqətə çatdırılıb. Görülmüş işlərin nəticəsi olaraq artıq keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmağa başladıqları bildirilib. Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə göstərdiyi maliyyə dəstəyinə görə BƏƏ-yə təşəkkür ifadə edilib.

Həmçinin Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının və Birləşmiş Ərəb Əmirliklərinin Hesablama Qurumunun fəaliyyəti, korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər, institusional islahatlar, qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyətində hesabatlılığın və məsuliyyətin artırılması istiqamətində görülən tədbirlər və həmin sahələr üzrə ikitərəfli və beynəlxalq əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://apa.az
archiveBu xəbər 17 İyul 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri