Icma.az
close
up
RU
Samir Nuriyev ilk iclasda bu tapşırıqları verdi Fotolar

Samir Nuriyev ilk iclasda bu tapşırıqları verdi Fotolar

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

İyunun 18-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası olub.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq, Azərbaycan Prezidenti İlham Əliyevin siyasətində şəhərlərimizin və digər yaşayış məntəqələrimizin inkişafı, dayanaqlı həyat şəraitinin, sakinlərin rahat və sağlam həyat tərzinin təmin olunmasının daimi diqqət mərkəzində saxlanıldığını qeyd edib.

Təşkilat Komitəsinin sədri şəhərsalma fəaliyyətinin Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də dövlətin sosial-iqtisadi siyasətində dayanıqlı inkişafın əsas strateji hədəflərindən biri kimi müəyyən olunduğunu və bu istiqamətdə məqsədyönlü fəaliyyətin həyata keçirildiyini deyib. Bu gün dövlət başçısının rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında miqyasına, keyfiyyətinə və sürətinə görə dünyada postmünaqişə dövrünün misli görünməyən və qabaqcıl şəhərsalma standartlarına uyğun kompleks yenidənqurma işləri uğurla həyata keçirilir.

XXI əsrdə dünyada urbanizasiya prosesinin sürətləndiyini bildirən Təşkilat Komitəsinin sədri Azərbaycan hökumətinin şəhərsalma sahəsində apardığı islahatların və genişmiqyaslı layihələrin, habelə ölkəmizin bu sahədə qlobal əməkdaşlığa verdiyi töhfələrin beynəlxalq aləmdə təqdir olunduğunu qeyd edib. Buna görə də BMT-nin himayəsi altında keçirilən, mühüm və qlobal xarakterli tədbirlərdən biri hesab edilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanaqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda 2026-cı ildə Bakıda təşkilinə dair qərar qəbul olunması Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun, ölkəmizə göstərilən böyük etimadın növbəti təzahürüdür.

Daha sonra Təşkilat Komitəsinin üzvləri - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyevin, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun və Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadənin gündəlikdə duran məsələlər üzrə məruzələri dinlənilib.

İclasın sonunda Təşkilat Komitəsinin sədri Azərbaycan Prezidentinin bu mötəbər tədbirin yüksək səviyyədə təşkili və keçirilməsi ilə əlaqədar qarşıya qoyduğu vəzifələrə uyğun olaraq WUF13-ün milli koordinatoru və əməliyyat şirkətinin fəaliyyəti, forumun təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planının hazırlanması, Təşkilat Komitəsinin Katibliyinin işinin təşkili və digər aidiyyəti məsələlərlə bağlı tapşırıqlar verib.








Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 İyun 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri