Samir Şərifov: Büdcənin neftqaz gəlirləri 750 milyon manat azalacaq
Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektorundan gəlirləri 2024-cü illə müqayisədə təxminən 750 milyon manat az olacaq.
"Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında bildirib.
"Bunun səbəblərindən biri Azərbaycan neftinin büdcə qiymətinin 75 ABŞ dollarından 70 ABŞ dollarına endirilməsi, digər səbəbi isə neft yataqlarımızın ehtiyatlarının tükənməsidir", - deyə o qeyd edib.
Baxış sayı:55
Bu xəbər 19 Noyabr 2024 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















