Icma.az
close
up
RU
Samir Şərifova daha bir vəzifə verildi Sərəncam

Samir Şərifova daha bir vəzifə verildi Sərəncam

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupu yaradılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncama əsasən, Baş nazirin müavini Samir Şərifov işçi qrupun rəhbəri, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev isə İşçi qrupun rəhbərinin müavinləri təyin olunublar.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, maliyyə nazirinin birinci müavini Anar Kərimov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, fövqəladə hallar nazirinin müavini Adil Abdullayev, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Balababa Rzayev, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri İlham Mirzəliyev və İqtisadiyyat Nazirliyi yanında

Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi  Mətin Eynullayev İşçi qrupun üzvləri sırasında yer alıb.

İşçi qrupa investorlar tərəfindən İqtisadiyyat Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi vasitəsilə İşçi qrupa təqdim olunan şəhərsalma investisiya layihələrinə baxılmasını və ilkin qiymətləndirilməsini həyata keçirmək, eləcə də şəhərsalma investisiya layihələrinin icrası çərçivəsində aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən müvafiq icazə sənədlərinin verilməsi istiqamətində

fəaliyyətin əlaqələndirilməsini təmin etsin, yenidən qurulacaq ərazilərdə köçürülmə prosesinin həyata keçirilməsinə və layihələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək tapşırılıb.

Eyni zamanda ilkin olaraq Bakı şəhərinin Böyükşor gölü ətrafında, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında yerləşən ərazilərinin, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olan ərazilərinin dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində

razılaşdırılmış konseptual layihələr əsasında yenidən qurulmasının həyata keçirilməsi üçün investisiya qoyuluşuna zəruri şərait yaradılmasını, həmin layihələr üzrə investisiya müqavilələrinin şərtlərinin razılaşdırılmasını və digər zəruri tədbirlərin

görülməsini təmin etmək də İşçi qrupuna həvalə edilib.

Məqsəd Bakı şəhərində dayanıqlı və inkluziv şəhər inkişafını təmin edən müasir şəhərsalma təşəbbüslərinə, o cümlədən çoxmərkəzli şəhər və şəhər içində şəhər konsepsiyalarına əsaslanan layihələrə (şəhərsalma investisiya layihələri) investisiyaların cəlb edilməsi, bu növ layihələrin həyata keçirilməsi niyyətini bildirmiş investorlara layihələrin reallaşdırılmasına aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən dəstək göstərilməsi və onun müvafiq institusional çərçivə vasitəsilə əlaqələndirilməsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Sentyabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see303

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see295

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see285

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see279

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see275

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see266

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see258

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see243

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see242

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see238

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see234

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see221

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see218

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see208

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see206

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see194

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see179

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see165

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri