Icma.az
close
up
RU
Samir Vəliyev: Avropa İttifaqı Okamponun ölkəmizə qarşı apardığı kampaniyaya əhəmiyyət vermir

Samir Vəliyev: Avropa İttifaqı Okamponun ölkəmizə qarşı apardığı kampaniyaya əhəmiyyət vermir

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 4 may, AZƏRTAC

Hazırda Cənubi Qafqazın dayanıqlı sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün praktiki addımlar atılır. Ermənistanın Azərbaycanın sülh şərtlərini qəbul etməsi, nəticə etibarilə ötən ilin avqustunda Vaşinqton razılaşmasının əldə olunması sülh naminə ümidləri gücləndirir. Bütün bunların fonunda xaricdəki bəzi anti-Azərbaycan qüvvələr regionumuzda gərginlik yaratmaq üçün hansısa “layihələr” reallaşdırmağa çalışırlar. Onlardan biri də Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okampodur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

Deputat bildirib ki, korrupsiyalaşmış keçmişi ilə tanınan Okampo indi də revanşist erməni qüvvələrinə muzdlu lobbiçilik edir. Maddi maraqlarının girovuna çevrilmiş bu şəxs özünün çirkin əməllərindən çəkinmək istəmir. Məlumdur ki, o, ölkəmizə qarşı qərəzli kampaniyalar aparıb. Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı olan Okampo erməniəsilli müharibə canilərinin də azadlığa buraxılması üçün Avropada “dəridən-qabıqdan” çıxıb.

“Nəzərə alaq ki, Azərbaycan Avropa İttifaqı üçün önəmli ölkədir. Son vaxtlar ard-arda Avropa ölkələrinin liderlərinin ölkəmizə səfərləri də bunu təsdiqləyir. Bu şəraitdə Okamponun ölkəmizə qarşı apardığı kampaniyaya Avropa İttifaqı tərəfindən əhəmiyyət verilmir. Belə olan halda bu şəxs başqa “layihələr” üzərində işləyir”.

Onun sözlərinə görə, son günlərdə Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun qalmaqallı videosunun yayılması bundan xəbər verir. Artıq Azərbaycana qarşı təzyiqlər nəticəsiz qalır. Çünki Azərbaycan torpaqlarını işğaldan azad edib, beynəlxalq ticarətin inkişafı üçün Orta Dəhliz kimi Asiya ilə Avropanı birləşdirən nəqliyyat dəhlizi formalaşdırıb. Eləcə də, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolu daha da artır. Ona görə də Luis Okampo kimi ermənipərəst lobbiçilər artıq Azərbaycanı deyil, Ermənistan hakimiyyətini hədəfə almağa başlayıblar.

Samir Vəliyev qeyd edib ki, korrupsioner Okampo son vaxtlar ictimailəşən videodakı çıxışında Avropa strukturlarındakı siyasi korrupsiyanı ifşa edir və özünün də qanunsuz lobbiçiliklə məşğul olduğunu dilə gətirir. Videokadrlardan aydın olur ki, kampaniya “Rusiya-erməni nümayəndələrindən ibarət qrup” tərəfindən maliyyələşdirilir və bu məqsədlə xüsusi fond yaradılıb. Məqsəd uzunmüddətli və davamlı informasiya təzyiqini təmin etməkdir. Okampo açıq şəkildə etiraf edir ki, ilkin mərhələdə o, maliyyəni erməni mənbələrindən alıb, sonra isə daha strukturlaşdırılmış kanallar işə qoşulub. Söhbət beynəlxalq bizneslə məşğul olan və bir hissəsi Rusiyada yaşayan varlı erməni diaspor nümayəndələrindən gedir. Burada əsas prinsip anonimlikdir. Okamponun sözlərinə görə, bu sxemin iştirakçıları “Rusiya ilə problem yaşamaq istəmədikləri üçün” anonim mexanizmlərlə fəaliyyət göstərməyə üstünlük verirlər.

“Görünən odur ki, revanşist qüvvələr Avropadakı havadarlarının köməyi ilə Ermənistan ilə Azərbaycan arasındakı sülh prosesini və regionda sabitliyi pozmağa çalışır. Bu məqsədə çatmaq üçün siyasi korrupsiyaya uğramış şəxslərdən istifadə olunur. Aİ-nin rəhbərliyində təmsil olunmuş, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru olmuş şəxslər insan hüquqlarından, demokratiyadan, qanunlardan dəm vursalar da, əslində korrupsiya ilə məşğuldurlar. Onlar anlamalıdır ki, artıq Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb. Ərazi bütövlüyünü və suverenliyini öz gücünə bərpa edən Azərbaycan beynəlxalq müstəvidə söz sahibinə çevrilib. Ermənistan hakimiyyəti də reallığı qəbul etmək məcburiyyətindədir. Dünya ölkələri isə Azərbaycanın yaratdığı reallıqlarla hesablaşır. Bu səbəbdən təxribatçı qüvvələrin planları iflasa məhkumdur”,- deyə deputat vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 May 2026 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see342

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see321

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see280

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see276

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see271

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see260

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see257

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see251

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see251

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see222

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see220

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see213

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see205

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see201

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see199

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see198

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see186

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri