Samir Vəliyev: Enerji Effektivliyi Fondunun yaradılması prosesi tamamlanmaq üzrədir
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 23 aprel, AZƏRTAC
Energetika sahəsində bir neçə qanun layihəsi hazırlanıb və hazırda müxtəlif mərhələlərdə razılaşdırma prosesindədir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında energetika nazirinin müavini Samir Vəliyev deyib.
O bildirib ki, yeni qanunların qəbulu beynəlxalq təcrübədə geniş yayılmış və müasir çağırışları özündə ehtiva edən normaların ölkəmizdə tətbiqinə imkan verir ki, bu da qısa müddət ərzində müvafiq sahələr üzrə əməli nəticələrin əldə edilməsinə imkan yaradır.
“Xüsusilə, bərpaolunan enerji mənbələrindən istifadə sahəsində yüksək nəticələr əldə edilməkdədir. Artıq Enerji Effektivliyi Fondunun yaradılması prosesi tamamlanmaq üzrədir. Yaxın vaxtlarda bu fond vasitəsilə müvafiq tədbirlər görülməsinə başlanılacaq”, - deyə nazir müavini əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 23 Aprel 2025 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















