Icma.az
close
up
RU
Samir Vəliyev Portuqaliya parlament nümayəndə heyəti ilə görüşdü

Samir Vəliyev Portuqaliya parlament nümayəndə heyəti ilə görüşdü

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Noyabrın 18-də Milli Məclisin Portuqaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Samir Vəliyev ölkəmizdə səfərdə olan Portuqaliya parlament nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.Milli Məclisdə görüş

Qonaqları salamlayan Samir Vəliyev COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündən sonra onları Azərbaycan parlamentində görməkdən məmnunluğunu ifadə edib. O, iqlim dəyişmələrinin mənfi təsirlərindən qorunmaq və onun fəsadlarının aradan qaldırılması üçün dövlətlərin və parlamentlərin birgə səylərinin önəmli olduğunu bildirib.

Portuqaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri  Azərbaycanın Portuqaliya ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu söyləyib, parlamentlərarası əlaqələrin gələcək perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

Portuqaliya Milli Assambleyasının Ətraf mühit və enerji məsələləri komitəsinin sədri Salvador Malheiro səmimi görüşə görə təşəkkürünü ifadə edib. O, Portuqaliyanın Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu söyləyib, əlaqələrin daha da  genişləndirilməsi üçün parlamentlərin rolundan danışıb.

Söhbətdə Azərbaycanda keçirilən COP29-un və COP29 çərçivəsində Parlament Görüşünün yüksək səviyyədə təşkil olunduğu bildirilib, ekoloji problemlərin həllinə həsr edilmiş bu tədbirin mühüm qlobal əhəmiyyəti vurğulanıb, parlamentlərimiz arasında əməkdaşlığın gələcəyi və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Portuqaliya parlamentinin deputatları Ana Santos,  Manuela Tender, Azərbaycanın Vatikan və Portuqaliyadakı səfiri İlqar Muxtarov və Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mario Martins  və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin inzibati binası ilə tanış olan qonaqlar parlamentin plenar iclas zalında olublar, Heydər Əliyev xatirə muzeyini ziyarət ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Noyabr 2024 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see326

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see317

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see307

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see293

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see291

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see259

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see249

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see247

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see229

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see227

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see226

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see224

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see213

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see210

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see209

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see194

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see184

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see167

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see167

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri