Icma.az
close
up
RU
Samirə Əfəndi tənqidlərdən danışdı: Qazi övladı kimi keçmişi unutmuram

Samirə Əfəndi tənqidlərdən danışdı: Qazi övladı kimi keçmişi unutmuram

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Astanada keçirilən beynəlxalq müsabiqənin finalında Azərbaycan təmsilçisi Samirə Əfəndinin Ermənistan nümayəndəsinə 12 bal verməsi və daha sonra həmin iştirakçının yaxınlaşıb onu qucaqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Samirə Əfəndi məsələ ilə bağlı Teleqraf-a açıqlamasında hər zaman xalqın yanında olduğunu deyib:

"Şəhidlərimizin xatirəsi mənim üçün hər şeydən üstündür. Dövlətimizin apardığı sülh siyasətinə hörmət edir və dəstək verirəm. Bir qazi övladı kimi tarix yaddaşı mənim üçün dəyişməzdir, biz keçmişi unutmuruq, unutdurmuruq. Amma gələcək bizim məsuliyyətimizdədir, övladlarımıza daha təhlükəsiz, mehriban və sülhlə dolu bir dünya ötürmək borcumuzdur. Layihədə etdiyim jest isə sadəcə insanlıq idi – musiqinin insanları birləşdirən, siyasətdən kənar bir güc olduğuna inanıram".

"Həm yaradıcılığımda, həm də şəxsi mövqeyimdə Azərbaycan dəyərlərinə sadiq olaraq fəaliyyət göstərirəm və ölkəmizin humanizm və sülh yönümlü siyasətini dəstəkləyirəm", - deyə S.Əfəndi əlavə edib.

Samirə Əfəndinin mətbuat katibi Taleh Cəlil isə qeyd edib ki, bu jest sırf münsiflik etikası, səhnə mədəniyyəti və insani münasibətlər çərçivəsində baş verib.

Onun sözlərinə görə, hadisənin milli-mənəvi dəyərlərimizə hörmətsizlik kimi təqdim olunması gerçəkliyi əks etdirmir.

"Samirə Əfəndi yaradıcılıq fəaliyyəti boyunca milli dəyərlərə bağlılığını daim nümayiş etdirib. Xatırlatmaq istərdik ki, 2023-cü ildə "Altın Kelebek” mükafatından əldə etdiyi bütün gəlir Azərbaycan şəhidlərinin övladlarına və Türkiyədə zəlzələ nəticəsində ailəsini itirmiş uşaqlara bağışlayıb. Səs Azərbaycan layihəsindəki çıxışından sonra isə o, şəhid ailələrinin övladları, eləcə də daun və autizm sindromlu uşaqlar üçün təşkil olunan tədbirlərdə dəfələrlə iştirak edərək sosial məsuliyyət nümunəsi göstərib. Bu fəaliyyət onun illərdir davam edən humanizm və vətənpərvərlik mövqeyini açıq şəkildə təsdiq edir.

Hazırda Azərbaycan–Ermənistan sülh prosesinin dövlət səviyyəsində ən yüksək mərhələyə çatdığı bir dönəmdə humanist jestlərin yanlış anlaşılmaması xüsusi önəm daşıyır. Saziş mətninin artıq paraflanması və prosesin rəsmi icra mərhələsinə daxil olması, eləcə də bir neçə gün əvvəl erməni nümayəndə heyətinin Bakıya səfəri regionda yeni siyasi reallığın formalaşdığını göstərir. Bu kontekstdə beynəlxalq platformalarda nümayiş etdirilən mədəni və insani münasibətlər ölkəmizin sülh, sabitlik və diplomatik yumşaqlıq siyasəti ilə tam uyğunluq təşkil edir", - deyə vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 Noyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see158

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see152

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see132

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see132

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri