Icma.az
close
up
RU
Samirə Musayeva: Bu cür cinayətlərlə mübarizə beynəlxalq əməkdaşlıq çərçivəsində aparılır

Samirə Musayeva: Bu cür cinayətlərlə mübarizə beynəlxalq əməkdaşlıq çərçivəsində aparılır

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması ilə mübarizədə vergi orqanları mühüm rol oynayır".

Oxu.Az xəbər verir ki, bu fikirləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda səsləndirib.

O, çıxışında bildirib ki, bu cür cinayətlərlə mübarizə artıq təkcə dövlətlərin daxili resursları ilə deyil, beynəlxalq əməkdaşlıq çərçivəsində aparılır:

"Maliyyə cinayətləri və çirkli pulların yuyulması transmilli xarakter daşıyır və beynəlxalq səviyyədə koordinasiyanı tələb edir. Konfransın adında da qeyd olunduğu kimi, nəzarət orqanlarının yalnız rolu deyil, vəzifələri və məsuliyyəti də diqqət mərkəzindədir. Dövlət Vergi Xidməti bu istiqamətdə mühüm nəzarət funksiyasını yerinə yetirir".

S.Musayeva vurğulayıb ki, Azərbaycan qanunvericiliyinə əsasən, vergi xidməti öhdəlik daşıyan şəxslərə münasibətdə nəzarət orqanı funksiyasını icra edir:

"Bu şəxslər əsasən qeyri-maliyyə sektorunda fəaliyyət göstərən məsləhətçi şirkətlər, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan subyektlər və s. təşkil edir. Onların əməliyyatlarına nəzarət və şəffaflığın təmin olunması üçün Maliyyə Manitorinq Xidmətinin Şübhəli Əməliyyatların Monitorinqi (ŞƏMS) sistemi yaradılıb. Hazırda bu sistemdə 1 800 öhdəlik daşıyan şəxs qeydiyyatdan keçib ki, onlardan 1 003-ü vergi orqanları tərəfindən nəzarət olunan subyektlərdir".

S.Musayeva qeyd edib ki, vergi xidməti yalnız nəzarət funksiyası deyil, həm də şəffaf və dayanıqlı biznes mühitinin formalaşmasında da mühüm rol oynayır:

"Biznesin dövlət qeydiyyatının həyata keçirilməsi zamanı sahibkarların şəxsiyyətinin, məlumatlarının dəqiqliyinin yoxlanılması, sanksiyaya məruz qalmış şəxslərin hüquqi şəxs təsis etməsinin qarşısının alınması kimi funksiyalar da vergi orqanlarına aiddir. Bu, həm şəffaflıq, həm də çirkli pulların qarşısının alınması baxımından vacibdir".

O əlavə edib ki, vergi nəzarəti zamanı real iqtisadi fəaliyyət əlamətləri daşımayan, sadəcə maliyyə axınlarının "əmtəəsiz əməliyyatlar" adı altında həyata keçirildiyi hallar aşkar edilir:

"Bu kimi hallar çirkli pulların yuyulması, vergidən yayınma və mənimsəmə faktlarının göstəricisidir. Belə əməliyyatlar aşkarlandıqda toplanmış materiallar hüquq-mühafizə orqanlarına təqdim olunur".

Sonda o, bildirib ki, Dövlət Vergi Xidməti iqtisadi sahədə cinayətlərin araşdırılması üzrə istintaq orqanı funksiyasını da yerinə yetirir:

"Biz qeydiyyat mərhələsindən başlayaraq istintaqa qədər bütün mərhələlərdə öhdəlik daşıyan qurum kimi fəaliyyət göstəririk. Bu proseslərdə Maliyyə Monitorinqi Xidməti və digər hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edirik".

Aləmdə Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 May 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see252

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see239

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see218

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see150

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see142

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see142

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see141

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see137

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see136

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri