Samirənin qucaqladığı erməni “dqr” ordusunda xidmət edib
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qazaxıstanın paytaxtı Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin final mərhələsində Azərbaycanı münsiflər heyətində təmsil edən müğənni Samirə Əfəndinin 12 xal verdiyi və sonradan qucaqlaşdığı erməni müğənni Saro Gevorkyan keçmiş “dağlıq qarabağ ordusu”nun tərkibində xidmət edibmiş.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın internet resurslarında məlumatlar yer alıb.
Bildirilib ki, Gevorkyanın hərbi xidməti barədə ilk məlumat 2021-ci ildə yayılıb.
Erməni mediası o zaman “Yeni dalğa” musiqi festivalında iştirak edən Saro Gevorkyan barəsində hazırladığı materialda onun Xankəndidə keçmiş “dağlıq qarabağ ordusu”nun tərkibində xidmət keçdiyini də yazıb. Amma Gevorkyanın hərbi xidmətini hansı illərdə keçdiyi barədə məlumat verilməyib.
Baxış sayı:23
Bu xəbər 26 Noyabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















