Icma.az
close
up
RU
“S&P” COP29un maliyyə uğurunu alqışlayır

“S&P” COP29un maliyyə uğurunu alqışlayır

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ötən ay Bakıda keçirilmiş 29-cu sessiyasından (COP29) sonra “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi reytinq tərtibatında dəyişiklik edib. Agentliyin təqdim etdiyi yenilənmiş yanaşmadakı dəyişikliklərin məqsədi cari bazar tendensiyalarını nəzərə almaq və təbii fəlakətlərə daha çox həssas olan ölkələr üçün borcun təbiətin mühafizəsi tədbirlərinə dəyişdirilməsi və ödənişlərin ertələnməsi kimi yeni mexanizmlərin qiymətləndirilməsində şəffaflığı təmin etməkdir. Bu barədə məlumat “S&P” reytinq agentliyinin hesabatında yer alıb. 

Qurumun  məlumatına görə, bu cür alətlər maliyyə resursları məhdud olan, borc yükü isə ciddi olaraq qalan həssas ölkələr üçün fiskal məkanı azad etməyə kömək edəcək. “S&P”nin hesabatında inkişaf etməkdə olan bazarlarda, o cümlədən yerli valyutalarda dayanıqlı borcun əhəmiyyətli artımı göstərilir. Bununla belə, aşağı gəlirli ölkələr borc yükünü artırmayacaq iqlim maliyyəsinə çıxışda çətinliklərlə üzləşməyə davam edirlər. Agentlik analitiklərinin fikrincə, borc yükünün hətta kiçik və ya müvəqqəti olaraq yüngülləşdirilməsi həssas dövlətlərə iqtisadi dayanıqlığı yaxşılaşdırmaq və iqlim dəyişikliyinə uyğunlaşmaq üçün daha çox resurs yönəltməyə imkan verə bilər.

Yeri gəlmişkən, COP29-un əsas uğurlu nəticələrindən biri kollektiv məqsəd üzrə razılaşma – iqlimin maliyyələşdirilməsinə dövlət və özəl mənbələrdən hər il 300 milyard ABŞ dolları məbləğində vəsait ayrılmasına dair razılaşmanın əldə edilməsi oldu. Xatırladaq ki, bu, əvvəlki hədəfin üç qatı deməkdir. Elə “S&P” də hesab edir ki, bu, funksional qlobal karbon bazarlarının yaradılması istiqamətində mühüm addım olacaq. Bu məqsədin xüsusi əhəmiyyət daşımasına baxmayaraq, agentlik bildirir ki, onun həyata keçirilməsi ayrı-ayrı ölkələrin öhdəliyindən və imkanlarından, həmçinin özəl investisiyaların səfərbər edilməsindən və çoxtərəfli kredit təşkilatlarının dəstəyindən asılı olacaq.

“S&P Global Ratings”in hesabatında inkişaf etməkdə olan ölkələrin iqlim maliyyələşdirilməsinə olan artan ehtiyaclarının ödənilməməsinin uzunmüddətli iqtisadi və sosial riskləri artıra biləcəyini vurğulanır. İqlim təhlükələrinə qeyri-mütənasib şəkildə məruz qalan inkişaf etməkdə olan ölkələrin iqtisadi artımı və yoxsulluğun azaldılması ilə bağlı tədbirləri aşağı karbon texnologiyalarına əsaslanmadığından əsas karbon emissiyaçılarına çevrilmək riski ilə üzləşirlər. Bu da aşağı karbon texnologiyalarına keçid və davamlılığı yaxşılaşdırmaq üçün onların əhəmiyyətli investisiyalara ehtiyacı olduğunu göstərir. Həmin ehtiyacların ödənilməməsi istər yerli, istərsə də də qlobal miqyasda uzunmüddətli iqtisadi və sosial riskləri artıra bilər.

Qeyd edək ki, COP29-dan sonra ölkələrin öz milli müəyyənləşdirilmiş töhfələrini və iqlim dəyişikliyinə uyğunlaşma planlarını yenidən nəzərdən keçirəcəkləri gözlənilir. Bu addımlar, xüsusilə fiziki iqlim risklərinə məruz qalan ölkələr üçün orta və uzunmüddətli hədəflərə yönəldiləcək. Bu baxımdan “S&P” hesab edir ki, iddialı maliyyə hədəfləri ölkələri daha ciddi planlar hazırlamağa sövq edə bilər ki, bu da iqtisadiyyatın əsas sektorlarına, xüsusən də inkişaf etməkdə olan ölkələrə əhəmiyyətli təsir göstərəcək.

Beynəlxalq reytinq agentliyi iqlim məqsədlərinin səmərəli həyata keçirilməsinə mane olan bir neçə amili fərqləndirir. Bunlara qeyri-kafi institusional dəstək (geosiyasi qeyri-müəyyənliyin qalması və milli strategiyaların dəyişməsinə görə), standartlaşdırılmış qarışıq maliyyə mexanizmlərinin olmaması və özəl kapitalı cəlb etmək üçün risklərin azaldılması alətlərinin olmaması daxildir. Qurumun dayanıqlı maliyyə ekspertlərinin fikrincə, bu maneələrin aradan qaldırılması dayanıqlılıq və xalis sıfır emissiya məqsədlərinə nail olmaq yolunda mühüm addım olacaq. Onlar düşünürlər ki, COP29 iqlim təşəbbüslərinin təşviqində mühüm mərhələ sayılsa da, qarşıya qoyulmuş məqsədlərə nail olmaq ölkələr və özəl sektor arasında əhəmiyyətli səylər və koordinasiya tələb edir. Elə “S&P”nin borc alətlətinin qiymətləndirməsinə yenilənmiş yanaşması da davamlı maliyyənin qlobal iqtisadiyyatın əsas amilinə çevrildiyini təsdiqləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:358
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Dekabr 2024 00:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see413

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see369

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see336

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see328

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see288

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see278

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see243

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see233

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see220

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see210

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see207

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see206

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see205

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see194

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see189

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see184

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see176

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see169

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see163

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri