Icma.az
close
up
RU
Şampun istehsal edəcəkdilər, amma bir anda müharibənin ortasında qaldılar...

Şampun istehsal edəcəkdilər, amma bir anda müharibənin ortasında qaldılar...

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Moskva yaxınlığında bir fabrikdə işləmək ümidi ilə yola çıxan afrikalılar Rusiyanın Ukraynadakı cəbhəsində ölüm təhlükəsi ilə üz-üzə qalırlar. 

Qaynarinfo xəbər verir ki, məlumatlara görə, Rusiyaya iş tapmaq ümidi ilə gedən yüzlərlə afrikalı saxta vədlərlə döyüş bölgələrinə aparılır.

"Tam axtardığım şeydir" deyə düşündü, amma…

Kamerunun paytaxtı Yaundedə yaşayan, evli və üç uşaq atası Jan Onana Rusiyada şampun fabrikinə işçi axtarıldığını bildirən elanı gördükdə fürsəti əldən vermək istəməyib. Pul toplayaraq Moskvaya uçub və minlərlə digər afrikalı kimi daha yaxşı gəlir ümidi ilə yola çıxıb. Ancaq tezliklə məlum olub ki, bu elan həyatındakı ən qorxulu dönüş nöqtəsinə çevriləcək.

Moskvaya çatdıqdan dərhal sonra o, Banqladeş, Kamerun, Zimbabve və Qanadan olan 10 nəfərlə birlikdə saxlanılıb. Onlara bildirilib ki, fabrikdə deyil, Rusiya ordusunda bir illik müqavilə ilə xidmət edəcək və Ukraynaya göndəriləcəklər.


Maaş, təlim, sonra cəbhə

Onana ifadəsində bildirib ki, Rostov və Luqanskda 5 həftəlik hərbi təlim keçib. Təlimdən sonra ailəsi ilə əlaqə saxlaya bilsə də, cəbhəyə yola düşərkən telefon və şəxsiyyət sənədləri əlindən alınıb. May ayının əvvəlində 8 muzdlu əsgərlə birgə bir sığınacağı ələ keçirmək əmri alıb. Lakin hava hücumu nəticəsində sığınacaqda yalnız Onana sağ qalıb. Altı gün yaralı halda dağıntılar altında qalan Onana daha sonra Ukrayna qüvvələri tərəfindən əsir götürülüb.

Yuyucu yox, döyüşçü oldular

Eyni taleyi yaşayan afrikalılar təkcə Onana ilə məhdudlaşmır. 25 yaşlı seneqallı Malik Diop da sadəcə qab yumaq üçün Rusiyada işə qəbul edildiyini düşündüyü bir anda əlində silahla cəbhəyə aparıldığını bildirib. O da fürsətini taparaq qaçıb və Ukrayna ordusu tərəfindən tutulub.

Afrikadan gələnlərin çoxu geri dönmür

"The Telegraph"ın əldə etdiyi sənədlər və ifadələrə əsasən, afrikalıların Rusiyaya yüksək maaş vədləri ilə cəlb olunduğu, lakin aldadılaraq hərbi xidmətə məcbur edildiyi ortaya çıxıb. Kamerun hökuməti mart ayında bu vəziyyətə görə hərəkətə keçib, ordudakı fərarilik hallarının artması səbəbilə hərbi personalın ölkəni tərk etməsinə məhdudiyyətlər qoyulub.


Sosial şəbəkələrdə itkin elanları

Kamerunda sosial mediada yüzlərlə insan Rusiyaya getdikdən sonra itkin düşən qohumları ilə bağlı yardım çağırışları edir. Bu paylaşımlarda tez-tez Rusiya hərbi formasında afrikalıların fotoları yerləşdirilir.

"Məsələ pul qazanmaqdır"

Kamerun ordusunda sıravi əsgərlərin 67 funt-sterlinq maaş aldığı, Rusiya tərəfindən isə 1.500 funt-sterlinq təklif edildiyi bildirilir. Bu maaş fərqi, afrikalıların müharibəyə cəlb olunmasının əsas səbəblərindən biri kimi göstərilir.

Təhlükəsizlik üzrə ekspert Raoul Sumo Tayo bildirib: "Bu, Rusiyanı dəstəkləmək deyil. Sadəcə ailələrinə pul göndərmək istəyən insanların son çarəsidir".


PUA fabrikində qadınlar da işlədilir

Təkcə döyüş bölgəsində deyil, Rusiya qadın afrikalı işçiləri də müxtəlif hərbi istehsalat müəssisələrinə cəlb edir. Alabugada yerləşən bir zavodda İran istehsalı "Şahed" dronlarının yığılmasında yüzlərlə xarici qadının çalışdığı bildirilir. Bu işçilərə yüksək maaş və təhsil vədləri verilsə də, əslində onların nə ilə məşğul olduqları barədə əvvəlcədən məlumat verilmir.

2024-cü ilin aprelində Ukraynanın bu zavoda endirdiyi pilotsuz hücum zamanı çox sayda afrikalı qadın işçi yaralanmışdı.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 İyun 2025 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see156

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see133

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri