Samsung dan gizli ekran inqilabı: Telefonunuza baxan heç nə görməyəcək
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Samsung smartfon təhlükəsizliyi sahəsində yeni mərhələyə keçir.
"Ölkə.az" xəbər verir ki, şirkətin fevral ayında təqdim etməyə hazırlaşdığı Galaxy S26 Ultra modelində Private Display adlı xüsusi ekran rejimi yer alacaq.
Bu texnologiya sayəsində telefon sahibindən başqa şəxslər ekrandakı məlumatları görə bilməyəcək.
Yeni funksiya istifadəçiyə tam çeviklik verir: bütün ekranı deyil, yalnız şəxsi hissələri — mesajları, bildirişləri və parolları gizlətmək mümkün olacaq. Kənardan baxanlar üçün həmin sahələr tamamilə qara ekran kimi görünəcək. Bu isə ictimai nəqliyyatda, ofisdə və ya izdihamlı məkanlarda şəxsi məlumatların qorunmasını xeyli asanlaşdıracaq.
Qeyd olunur ki, Private Display texnologiyası üzərində Samsung-un bir neçə ildir çalışdığı bildirilir. Hələlik bu funksiyanın yalnız Galaxy S26 Ultra modelinə məxsus olub-olmayacağı və ya digər Galaxy modellərinə də proqram yeniləməsi ilə gəlib-gəlməyəcəyi açıqlanmayıb.(Musavat.com)
Baxış sayı:43
Bu xəbər 01 Fevral 2026 07:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















