“Samsung” korporasiyası qatlanan smartfon istehsalını azaldacaq AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 24 dekabr, AZƏRTAC
Cənubi Koreyanın “Samsung” korporasiyası 2025-ci ildə qatlanan smartfon istehsalını azaltmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Koreyanın “EtNews” nəşri məlumat yayıb.
Bildirilir ki, qatlana bilən qurğulara tələbatın azalması səbəbindən şirkət 2025-ci ildə “Z Fold” və “Z Flip” smartfonlarının istehsalını xeyli ixtisar edəcək. Gələn il 2 milyon “Z Fold 7” və 3 milyon “Z Flip 7” smartfon-planşeti buraxılacaq, yəni il ərzində bazara cəmi 5 milyon qatlanan flaqman qurğusu çıxarılacaq. Beləliklə, 2024-cü illə müqayisədə istehsal həcmi 3 milyon ədəd azaldılacaq.
Buna baxmayaraq, “Samsung” adi smartfon istehsalını artırmaq niyyətindədir. Belə ki, korporasiya “Galaxy S25” seriyasının flaqman telefonlarının istehsalını yeddi faiz artıraraq 37,4 milyon ədədə çatdırmaq niyyətindədir. Müqayisə üçün qeyd edək ki, “Samsung” 2024-cü ildə bazara 35 milyon ədəd “Galaxy S24” cihazı çıxarıb.
Cənubi Koreyanın korporasiyası 2025-ci il yanvarın 22-də “Samsung Galaxy S25” smartfonları seriyasının təqdimatını keçirəcək. Həmin seriyaya “Galaxy S25”, “Galaxy S25+” və “Galaxy S25 Ultra” modelləri daxil olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 24 Dekabr 2024 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















