“Samsung”un rəhbəri anasından 1,42 milyard dollarlıq səhm alır
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Pekin, 9 sentyabr, AZƏRTAC
Koreya Respublikasının texnologiya nəhəngi “Samsung Electronics” şirkətinin sədri Li Ce-yonq anasından şirkətin 1,9 trilyon von (1,42 milyard ABŞ dolları) dəyərində səhmlərini alacaq.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, oktyabrın 12-də baş tutacaq birjadankənar əməliyyatda Li Ce-yonq anası Honq Ra-hidən şirkətin ümumi səhmlərinin 0,11 faizini təşkil edən 7,1 milyondan çox səhm alacaq. Satınalma ilə Linin şirkətdəki ümumi payı 1,58 faizə yüksələcək.
Mənbələr hesab edir ki, Honq Ra-hi satışdan əldə edilən gəliri əri, şirkətin keçmiş sədri Li Kun-hinin 2020-ci ildə vəfatından sonra miras vergilərini ödəmək üçün götürülmüş kreditləri bağlamağa istifadə edəcək.
Qeyd edək ki, “Samsung”un təsisçisi Li Byunq-çulun oğlu Li Kun-hi 1987-ci ildən şirkətə rəhbərlik edib və vəfatından əvvəl ölkəsinin ən zəngin insanı olub. Onun ölümü ölkə tarixinin ən böyük miras vergisi ödənişinə (10,78 milyard dollar) səbəb olub. Belə ki, Cənubi Koreya qanunlarına görə mirasın təxminən yarısı vergi olaraq ödənməlidir. Mərhum Li Kun-hinin yeganə oğlu, şirkətin hazırki sədri Li Ce-yonq isə 2022-ci ildən “Samsung”u idarə edir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 09 Sentyabr 2026 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















