Icma.az
close
up
RU
Samsunspor da Rays dönəmi başa çatdı ardıcıl 3 cü almaniyalı məşqçi gəlir

Samsunspor da Rays dönəmi başa çatdı ardıcıl 3 cü almaniyalı məşqçi gəlir

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avrokuboklarda mübarizəni davam etdirməsinə baxmayaraq çətin dönəmdən keçən və son olaraq superliqada ''Antalyaspor'' önündə 1:3 məğlub olan ''Samsunspor''da radikal addım atılıb.

"Football-plus.az" xəbər verir ki, baş məşqçi Tomas Rays istefaya göndərilib! Bunu gözləmək olardı. Samsun klubunun son 10 superliqa matçında cəmi 1 qələbəsi var. Amma ümumilikdə 52 yaşlı Raysın fəaliyyətini uğurlu adlandırmaq olar. Daha öncə ''Bohum'' və ''Şalke-04''də işləmiş Rays ''Samsunspor''un başına ötən mövsümün gedişində keçmişdi. Dərhal nəticə verməyə başlayan almaniyalı mütəxəssis ilk mövsümdə komandaya bürünc medalları qazandırdı və ''Samsunspor'' 27 ildən sonra avrokuboklara vəsiqə əldə etdi. Bu mövsüm isə komanda Konfrans Liqasında əsas mərhələni 12-ci pillədə bitirərək pley-offa vəsiqə qazandı.
Ümumilikdə ''Samsunspor'' Raysın başçılığı altında keçirdiyi 72 rəsmi oyundan 33 qələbə, 18 heç-heçə, 21 məğlubiyyətlə ayrılmış oldu. Bu arada yeni baş məşqçinin adı artıq bəllidi. ''Samsunspor'' almaniyalı çalışdırıcılara maraq göstərməkdə davam edir.
Klubdan verilən açıqlamada Torsten Fink ilə prinsipial razılıq əldə olunduğu və onun bazar günü Samsuna gələcəyi qeyd olunub.
Məşqçi kimi 10-dan çox klubda işləmiş, ''Bazel'' ilə İsveçrə çempionluğunu qazanmış 58 yaşlı Fink son olaraq Belçika təmsilçisi ''Genk''də çalışmış və 2025-in dekabrında istefaya göndərilmişdi. Fink samsunlularda çalışan ardıcıl 3-cü almaniyalı məşqçi olacaq. Yenicə istefaya göndərilən Raysdan öncə klubda daha bir almaniyalı - Markos Qizdol işləmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 Fevral 2026 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri