Samur çayının su ehtiyatlarının bölgüsü
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan–Rusiya Birgə Komissiyası Samur transsərhəd çayının su ehtiyatlarının idarə olunması və bölüşdürülməsi ilə bağlı yekun protokol imzalayıb.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) məlumatında bildirilir ki, iki ölkə arasında “Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” sazişə uyğun olaraq yaradılan Azərbaycan–Rusiya Birgə Komissiyasının 29-cu iclası iyulun 9-da Qusar rayonunda keçirilib.
İclas Azərbaycan–Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfdən həmsədri, ADSEA-nın tabeliyində olan Regional Su Meliorasiya Xidməti İdarə Heyətinin sədri Zakir Quliyevin və Rusiya tərəfdən həmsədri, Rusiyanın Su Ehtiyatları Federal Agentliyi rəhbərinin müavini Vadim Nikonorovun həmsədrliyi ilə keçirilən görüşdə Regional Su Meliorasiya Xidmətinin, ADSEA-nın aidiyyəti qurumlarının, Xarici İşlər Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, həmçinin Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.
İclas zamanı Samur transsərhəd çayının su ehtiyatlarının iki ölkə arasında bölüşdürülməsi, su ehtiyatlarının monitorinqi, Samur Hidroqovşağının birgə istismarı, eləcə də qarşılıqlı əməkdaşlığın digər aktual istiqamətləri müzakirə olunub. Görüşün yekununda görüləcək tədbirlər müəyyənləşdirilib və yekun protokol imzalanıb.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 11 İyul 2026 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















