Samux məktəbliləri Milli Qəhrəman Hökumə Əliyevanın xatirəsini anıblar
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Samux, 23 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC
Samux məktəbliləri Milli Qəhrəman Hökumə Əliyevanın xatirəsini anıblar.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Samux rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə yeniyetmə və gənclər Milli Qəhrəmanın ailəsinin təşəbbüsü ilə Alıuşağı kəndində yaradılan xatirə muzeyində olublar. Hökumə Əliyevanın xatirəsini əbədiləşdirmək üçün onun fotolarının, şəxsi əşyalarının sərgiləndiyi guşələrə baxış keçirilib. Məktəblilərə məlumat verilib ki, Hökumə Əliyeva 1991-ci il avqustun 8-də Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub. O, 1993-cü ildə Kəlbəcərin işğalından sonra ailəsi ilə birlikdə Samuxun Alıuşağı kəndində məskunlaşıb. Hökumə Əliyeva ötən il dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub. Prezident İlham Əliyevin 2024-cü il 29 dekabr tarixli Sərəncamı ilə Hökumə Cəlil qızı Əliyeva “Azərbaycanın Milli Qəhrəmanı” adına və “Qızıl ulduz” medalına layiq görülüb.
Məktəblilər bütün şəhidlərimizin, Hökumə Əliyeva və onun kimi ləyaqətli, qəhrəman Azərbaycan oğul və qızlarının onlar üçün örnək təşkil etdiyini, xatirələrinin qəlblərdə əbədi yaşayacağını vurğulayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 23 Dekabr 2025 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















