Icma.az
close
up
RU
Samuxda kişi münasibətdə olduğu qadının keçmiş ərini döyüb öldürdü TƏFƏRRÜAT

Samuxda kişi münasibətdə olduğu qadının keçmiş ərini döyüb öldürdü TƏFƏRRÜAT

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Samux rayonunda 1993-cü il təvəllüdlü Fərhad sevgi münasibətində olduğu qadının keçmiş həyat yoldaşı Mətini (adlar şərti verilib – red.) qətlə yetirib.

Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, Fərhad 1989-cu il təvəllüdlü Mətinin keçmiş arvadı Səidə ilə nikaha girmədən qeyri-rəsmi ər-arvad kimi yaşayıb. Bu səbəbdən Mətinlə münasibəti pis olub.

O, təsadüfən 2023-cü il fevralın 20-də Mətini kəndi ərazisindəki kafedə görüb. Mətin əvvəllər olduğu kimi yenə də onu söyüb.

Fərhad Mətinin sifətindən vuraraq yerə yıxıb. Sonra ayaq zərbələri ilə onun bədəninə müxtəlif nahiyələrindən vurub, döyə-döyə həmkəndlisini öldürüb.

Fərhadın barəsində Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

“Zəng edir, məni və ailə üzvlərimi söyürdü”

İş üzrə ifadə verən Fərhad elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, Mətini bir həmkəndli kimi tanıyıb:

“Mətin boşandıqdan sonra onun keçmiş arvadı Səidə ilə qeyri-rəsmi ər-arvad kimi yaşamağa başladım. O, Səidə ilə yaşadığımı biləndə zəng etdi və mənimlə görüşmək istədi. Amma özü görüşə gəlmədi.

Qətl hadisəsindən bir il əvvəl Mətin xatırlamadığım telefon nömrələrindən dəfələrlə zəng edərək mənim və yaxınlarımın ünvanına söyüşlər söyürdü. Onunla görüşmək istəyimə baxmayaraq, görüşlərdən yayındı. Sonra təkrar zəng etdi, yenə məni təhqir etdi.

Məsələyə aydınlıq gətirmək üçün ona görüşməyi təklif etdim, yerini soruşdum. Bəhramın kafesində olduğunu bildirəndə ora getdim. Cəmil adlı ofisiant Mətinin kafedə bir neçə nəfərlə yeyib-içdikdən sonra getdiyini bildirdi.

20-30 gün sonra Mətin yenə zəng edərək ünvanıma söydü, telefonu söndürdü. O, hər dəfə mənə başqa-başqa telefon nömrələrindən zəng edir, davamlı olaraq məni və yaxınlarımı söyürdü”.

“Əvvəlcə səhv etdiyini boynuna aldı”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2023-cü il fevralın 20-də saat 18 radələrində Nərminə adlı qadının işlədiyi kafedə yeyib-içirmiş: “Mətinin kafedə böyük otaqda Nərminə ilə söhbət etdiyini gördüm. Ona bir dəqiqəlik həyətə çıxmağı təklif etdim. Əlimi onun çiyninə qoydum və bu vəziyyətdə kafenin həyətinə çıxdıq.

Həyətdə ondan telefonda məni nə üçün söydüyünü soruşdum. “Səhv etmişəm, bir də etməyəcəyini” dedi. Bundan sonra mən Ramizlə birlikdə masa arxasında əyləşdim. Mətin də orada idi, Ramizlə eyni masa arxasında əyləşmişdi”.

Təqsirləndirilən şəxs bildirib ki, Mətin, Ramiz və o birlikdə oturaraq yemək yeyib, araq içib: “Söhbət edərkən yenə Mətindən nə səbəbə telefonda ünvanıma söyməsini soruşdum. Yenə də səhv etdiyini dedi, mən də onunla razılaşdım.

Az sonra Mətinini dostları Elman, Nicat və tanımadığım bir nəfər kafeyə gəldi. Söhbət zaman Mətin artıq mənimlə bir qədər əvvəlki kimi danışmadı. Belədə onu kafenin həyətinə çağırdım. Dostları və Ramiz də arxamızca gəldilər.

İki-üç metr məsafədə Mətinə yaxınlaşdım, söyməkdə səhv etdiyini başa düşüb-düşmədiyini soruşdum və onu itələdim. O, yerə yıxıldıqda Ramiz və yanındakılar məni tutdular, Mətinə yaxın getməyə imkan vermədilər”.

“Mətinin öldüyünü dedilər”

Fərhadın bildirdiyinə görə, daha sonra kafenin digər qapısından çıxıb, kənar bir yerdə Ramizlə dayanıb: “Siqaret çəkdiyim vaxt təxminən 40-50 metr kənarda Mətinin bir nəfərlə söhbət etdiyini gördüm. O, barmağı ilə məni yanına çağırdı. Yaxınlaşdım, yanında olan yaşlı kişidən üzr istədim. Sonra Mətni itələdim. O, yerə yıxıldı. Mən də stadion istiqamətinə getdim.

Az sonra Mətini itələdiyim yerə qayıtdım. Mətini tanımadığım bir oğlanın dizlərinə söykənmiş vəziyyətdə gördüm. Ona su içirirdilər. Telefonla onun şəklini çəkib münasibətdə olduğum Səidəyə göndərdim.

Daha sonra oradan uzaqlaşaraq taksi ilə Səidəgilə, oradan da Gəncə şəhərinə getdim. Orada əvvəlcə dayım oğlu Elmar, sonra isə əmim oğlu Xəqani zəng etdi. Onlar Mətinin öldüyünü dedilər”.

“Polisə təslim oldum”

Fərhad qeyd edib ki, Gəncə şəhərində olarkən Samux rayon polis şöbəsinin işçisi zəng edib və təcili polis şöbəsinə gəlməli olduğunu deyib: “Gəncə şəhərindən Samux rayonunun kəndindəki evimizə gəldim. Evdəkilərlə görüşdükdən sonra könüllü polisə təslim oldum”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Fərhad Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinib və 10 il 6 ay azadlıqdan məhrum edilib.

Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona həmin maddə üzrə cəza təyin edilməyib.

Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, işə yenidən baxılmasını xahiş edib. Bildirib ki, mərhumu öldürmək fikri olmayıb, hadisə ehtiyatsızlıqdan baş verib.

Bu səbəbdən onun əməlinin Cinayət Məcəlləsinin 126.3-cü maddəsindən həmin məcəllənin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilməsi, bu mümkün olmadıqda isə ona təqsirli bilindiyi maddənin sanksiyasında olan aşağı həddə cəza verilməsi xahiş edilib.

Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib.

Qeyd edək ki, təqsirləndirilən şəxs bundan əvvəl də məhkum olunub. O, 2020-ci ildə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü (oğurluq) maddələri ilə təqsirli bilinib və 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Noyabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri