Icma.az
close
up
RU
Samuxda məktəb direktoru ilə müəllim arasında dava: “1000 manatlıq üzüyüm itib” MƏHKƏMƏ

Samuxda məktəb direktoru ilə müəllim arasında dava: “1000 manatlıq üzüyüm itib” MƏHKƏMƏ

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Qaraağaclı tam orta məktəbinin direktoru Cəmilə Rəhimovanı döyməkdə ittiham olunan Elbirin məhkəməsi başa çatıb. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin mayın 24-də, saat 13 radələrində Samux rayonu Qaraağaclı qəsəbəsində yerləşən Qaraağaclı qəsəbə tam orta məktəbinin dəhlizində baş verib. 
Qəsəbə sakini Elbir Cəmilə ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə ediblər, onlar dalaşıblar. Dava zamanı Elbir Cəmiləni vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən Elbirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elbir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Samux rayonu Qaraağaclı qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır: “Fərdi təsərrüfatla məşğul olaraq ailəmi dolandıram. 2013-cü ildən 2024-cü ilin noyabr ayına qədər Qaraağaclı kənd tam orta məktəbin təsərrüfat müdiri vəzifəsində işləmişəm. Cəmilə həmin məktəbin direktoru vəzifəsində çalışır. Cəmiləni 2013-cü ildən tanıyıram. Əvvəllər Cəmilə ilə heç bir düşmənçilik və ədavətim olmayıb. Sonradan Cəmilənin işində olan qanunsuzluqlarla bağlı araşdırma zamanı məndən soruşulan zaman doğru sözü dedim. Buna görə də Cəmilə bir dəfə məni işdən azad elədi. Lakin sonradan Təhsil İdarəsinə müraciət etdim və müraciətimdən sonra məni işə bərpa etdilər”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Cəmilə onunla düşmənçilik aparmağa və işində problemlər yaratmağa başlayıb: “Cəmilə mənim tabelimi əlimdən alaraq öz xidməti otağına qoydu. Buna görə də öz vəzifəmi icra edə bilmədim. Həmçinin 2024-cü ilin fevralından maaşımı ala bilməmişəm. Bu barədə aidiyyatı orqanlara müraciət etmişəm. Bununla bağlı araşdırma aparılıb”.
Elbir qeyd edib ki, Qaraağaclı kənd tam orta məktəbinə jurnalistləri çağıraraq bununla bağlı müsahibə verib: “Həmin tarixdə saat 13 radələrində jurnalistləri yola saldıqdan sonra pilləkənləri qalxdım və məktəbin  binasına, yəni koridora daxil oldum. Bu vaxt orada Çinarə də dayanmışdı. Mən bir iki addım irəli getdikdən sonra arxa tərəfindən qəfildən zərbə dəydi və səsindən tanıdığım Cəmilə mənə söyüşlər söydü. Arxaya çönən zaman Cəmilənin əlində sarı rəngli süpürgə olduğunu gördüm. Cəmilə həmin süpürgə ilə məni vurdu. Cəmilə ilə üzbəüz dayanan zaman əlində olan süpürgə ilə ardıcıl olaraq başıma 4-5 dəfə zərbə endirdi. Əlimi başıma tutdum ki, başımdan daha ağır zərbə almayım. Həmçinin Cəmilə məni vura-vura “it oğlu, sən məktəbə adam gətirirsən” dedi. Çinarə Cəmiləyə qışqıraraq “burax ay müəllim öldü” dedi. Mən isə başımı tutdum və dedim ki, dəyməyin, qoy vursun. Cəmilə qışqıraraq “it oğlunu öldürəcəm” dedi. Cəmilə şərbaz adamdır və buna görə də ona əlimi qaldırmamışam. Bu zaman səs-küyə Şamxal müəllim, Mayıl müəllim, Nuridə müəllimə, Cəmilənin qızı Nuranə gəldi”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Cəmilənin sözlərinə görə, 2010-cu ildən Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru vəzifəsində işləyir: “Elbir 2015-2016-cı tədris ilində direktoru olduğum məktəbə təsərrüfat müdiri vəzifəsinə işə qəbul etmişəm. Əvvəllər Elbir ilə heç bir düşmənçilik və ədavətim olmayıb. Elbiri işində olan maliyyə pozuntularına görə işdən azad etmişəm. Bundan sonra Elbir mənimlə düşmənçilik aparıb, haqqımda əsassız olaraq şikayətlər etməyə başlayıb. Sonradan Gəncə Təhsil İdarəsinin sektor müdiri Nurlana Həsənova tərəfindən Elbir işə qaytarıldı”. 
Cəmilə qeyd edib ki, 24 may 2024-cü ildə, saat 13 radələrində Qaraağaclı kənd tam orta məktəbində olan zaman Elbir məktəbə jurnalistələri gətirib və onlara yalan müsahibə verib: “Jurnalistlər məktəbdən getdikdən sonra  koridorda müəllimlər otağına tərəf gedirdim. Bu zaman arxa tərəfində kiminsə olduğunu hiss etdim. Arxamda olan şəxs kürək nahiyyəmdən tutdu və məni yerə yıxmaq istəyirdi. Arxaya baxan zaman gördüm ki, həmin şəxs Elbirdir. Qışqıraraq səs-küy saldım ki, Elbir məndən aralansın. Elbir məni vurmasın deyə sol əlimi başıma tərəf qaldırdım. Elbir baş nahiyyəmə tərəf yuxarıdan aşağıya doğru hərkətlənən yumruq zərbəsi atdı. Sol əlim başımda olduğu üçün Elbirin zərbəsi başıma tərəf qaldırdığım, yəni sol bilək nahiyyəmə dəydi. Bundan sonra məktəbin işçiləri bizi aralamağa girdilər. Elbir isə mənə tərəf dartınaraq vurmaq istəyirdi və ünvanıma nalayiq ifadələrlə söyüş söyürdü. Həmçinin Elbir həmin qalmaqalda mənimlə süpürləşərək hər iki qoluma cırmaq atdı. Əli və ayağı ilə  bədənimin müxtəlif nahiyyələrinə vuraraq mənə xəsarətlər yetirdi. Bundan sonra orada olan şəxslər Elbiri aralayaraq apardılar. Mən xəsarət aldığım üçün təcili tibbi yardıma müraciət etdim. Həmçinin hadisədən sonra müəyyən etdim ki, barmağımda olan 1000 manat dəyərində qızıl üzük hadisə zamanı itib”. 
Bu cinayət işinə Samux Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elbir 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb. 
Cəza çəkdiyi müddət ərzində məhkumun üzərinə saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Samux rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın  icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. Cəzanın icrasına nəzarət Samux Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini istəyib. 
Şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılıb. Hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, şikayət təmin olunmayıb. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 İyun 2025 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın Zəngəzur dəhlizi ilə bağlı dəyişməz mövqeyi

28 İyul 2025 06:35see587

İxtisas seçimi bu il gec başlayacaq? RƏSMİ

28 İyul 2025 14:45see147

Azərbaycanın əməkdar məşqçisi vəfat edib KONKRET

27 İyul 2025 15:40see142

Türkiyə ən böyük hərbi müqaviləni bu ölkə ilə imzaladı

27 İyul 2025 13:31see124

Mingəçevirdə zəlzələ qeydə alındı

28 İyul 2025 06:24see124

Qyökereş “Arsenal”a keçidindən nələr dedi?

27 İyul 2025 13:26see119

Tottinin oğlu futbolçu karyerasını 19 yaşında bitirib

27 İyul 2025 14:55see118

Fransanın cənubunda meşə yanğını 680 hektardan çox ərazini bürüyüb

27 İyul 2025 23:13see117

Eminin xanımının “DreamFest” “look”ları…

27 İyul 2025 15:36see116

Corab satan aktyor işlə təmin olunub: Nazir iki dəfə mənə zəng etdi, dedi ki...

28 İyul 2025 02:44see115

Gəncədə klinika meyiti qaytarmır? Mərhumun yaxınlarından ŞİKAYƏT

28 İyul 2025 02:03see115

“Embraer 190” hava təhlükəsi yaşadı Xəzər üzərində həyəcan

28 İyul 2025 07:17see115

Bakıda kişi iki manata görə arvadını döydü

28 İyul 2025 09:51see115

Novxanı çimərliyində iki nəfər boğulub öldü

28 İyul 2025 09:24see115

“Hücumçu almaq istəyirik” “Qarabağ”ın prezidenti

28 İyul 2025 19:04see114

Mançester Yunayted müqavilə müddətini uzatdığı qapıçısını icarəyə göndərib

28 İyul 2025 22:46see112

Əfqanıstan səfirliyindən Rusiyaya cavab: “Ədəbsiz mahnını himn saymaq olmaz”

29 İyul 2025 00:35see112

Yeniyetmələr süni intellektlə romantik münasibət yaşayırlar ARAŞDIRMA

28 İyul 2025 05:14see112

Cennifer Lopezin konsertində xəcalət: Səhnədə ətəyi düşdü VİDEO

28 İyul 2025 22:47see112

Peksov 2 saat təyyarəni gözləməli oldu Detallar

27 İyul 2025 14:34see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri