Icma.az
close
up
RU
Samuxda qarayara ilə bağlı dezinfeksiya işləri aparıldı

Samuxda qarayara ilə bağlı dezinfeksiya işləri aparıldı

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Samux rayonunda yerləşən heyvandarlıq təsərrüfatında qarayara xəstəliyinə şübhəli halın qeydə alınması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən əraziyə baytarlıq mütəxəssisləri cəlb olunub, təsərrüfatda epizootoloji araşdırma aparılıb.

“Qafqazinfo” xəbər verir ki, qarayara xəstəliyinin aşkarlanması ilə əlaqədar ərazidə baytarlıq-sanitariya və profilaktik tədbirlər həyata keçirilib.

Heyvanlar kliniki müayinə edilib, zəruri baytarlıq-sanitariya və profilaktik tədbirlər həyata keçirilib. Agentlik tərəfindən xəstəliyin yayılma riskinin qarşısının alınması məqsədilə təsərrüfatın girişində dezobaryer qurulub, giriş-çıxış, eləcə də heyvanların kənar şəxslərlə təması məhdudlaşdırılıb, xəstəliyə şübhəli heyvanlar təcrid edilərək müvafiq müalicəyə cəlb edilib. Həmçinin aidiyyəti dövlət qurumları ilə birgə təsərrüfata gedən yolda dezinfeksiya işləri həyata keçirilib.

Rayon ərazisində dezinfeksiya işləri aparılıb.

Mümkün risklərin qarşısının alınması məqsədilə xəstəlik hadisəsinin qeydə alındığı əraziyə yaxın yaşayış məntəqəsində epizootoloji vəziyyət qiymətləndirilib, iri və xırdabuynuzlu heyvanlar kliniki müayinədən keçirilib və seçmə üsulla termometriya aparılıb. Xəstəlik riski nəzərə alınaraq ərazidə heyvanların qarayara xəstəliyinə qarşı peyvəndlənməsi təşkil edilib.

Hazırda xəstəlik hadisəsinin qeydə alındığı təsərrüfatda saxlanılan digər heyvanlar baytarlıq mütəxəssislərinin gündəlik müşahidəsi altındadır. Heyvanlarda gündəlik termometriya aparılır, yemlənməsinə və ümumi kliniki vəziyyətinə nəzarət edilir. Heyvanların ümumi vəziyyəti qənaətbəxşdir.

Məlumat üçün bildiririk ki, qarayara torpaq mənşəli infeksiya olmaqla, törədicinin sporları ətraf mühitdə uzun müddət qala və heyvanlar əsasən çirklənmiş torpaq, yem və su vasitəsilə, eləcə də zədələnmiş dəri və selikli qişalardan yoluxa bilər; bu baxımdan belə halların baş verməsi infeksiyanın mütləq kənardan gətirilməsi anlamına gəlmir. Müvafiq baytarlıq-sanitariya, biotəhlükəsizlik və gigiyena qaydalarına düzgün əməl edildikdə, xəstəliyin yayılma və insanlar və heyvanlar üçün əlavə yoluxma riski minimuma endirilir.

Bildiririk ki, Samux rayonu ərazisində epizootik vəziyyət sabitdir. Xəstəlik hadisəsinin qeydə alındığı təsərrüfatda və yaxın ərazilərdə heyvanların sağlamlıq vəziyyəti Agentlik tərəfindən mütəmadi olaraq nəzarətdə saxlanılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Avqust 2026 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri