Samuxda Tərtər sakini işlədiyi şirkətdə öldü
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Samux rayonunda kişi işlədiyi şirkətdə dünyasını dəyişib.
"Unikal"ın məlumatına görə, hadisə rayon ərazisində fəaliyyət göstərən şirkətlərdən birində qeydə alınıb.
Belə ki, Tərtər rayon sakini, 1980-ci il təvəllüdlü X. Hüseynovun iş zamanı qəfil halı pisləşib. Dərhal hadisə yerinə təcili tibbi yardım çağırılıb. Aparılan müayinə zamanı onun həyatını itirdiyi müəyyən olunub.
Əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib. İlkin məlumata görə, 46 yaşlı kişi ürək tutmasından vəfat edib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib, ekspertizadan sonra ailəsinə verilib.
Faktla bağlı Samux rayon prokurorluğunda araşdırma aparılır.
Tural Əhmədov
Bu mövzuda digər xəbərlər:Tərtər sakini yanaraq öldü
15 Avqust 2026 14:42
Tərtər sakini güllələnib
07 Sentyabr 2026 11:20
Bakıda məşhur şirkətdə faciəli hadisə Fəhlə öldü
19 Dekabr 2024 17:53
Samuxda çoban işlədiyi fermada ölü tapıldı
27 İyul 2026 14:11
Tərtər sakini döyülərək öldürüldü
01 Noyabr 2025 23:00
Baxış sayı:148
Bu xəbər 16 Fevral 2026 21:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















