Icma.az
close
up
RU
Samvel Karapetyana qarşı gecə əməliyyatı VİDEO

Samvel Karapetyana qarşı gecə əməliyyatı VİDEO

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AzVision.az Erməni mediasına istinadən xəbər verir ki, Samvel Karapetyan səhər saat üç radələrində Ermənistan Daxili İşlər nazirliyinin Baş Kriminal Polis idarəsinə gətirilib, daha sonra oradan İstintaq Komitəsinə aparılıb.
İstintaq tədbirləri Karapetyan iki təhlükəsizlik əməkdaşının müşayiəti ilə İrəvandakı evini tərk etdikdən sonra başlayıb. Baş verənlər fonunda Karapetyanın tərəfdarları Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş idarənin binası qarşısına toplaşıblar. Bundan əvvəl onlar bir neçə saat Karapetyanın evində olaraq, vəziyyətin necə inkişaf edəcəyini gözləyirdilər.
İyunun 17-də Karapetyanın evində axtarış aparılıb. İstintaq Karapetyanın baş nazir Nikol Paşinyan tərəfindən kəskin tənqid edilən Erməni Apostol Kilsəsinin (EAK) müdafiəsi üçün açıq çıxışından sonra başlayıb.
Paşinyan xüsusilə EAK rəhbəri II Qaregini subaylıq andını pozmaqda ittiham edərək, onun vəzifədən getməsi tələbini qoyub. EAK-dan verilən cavabda bildirilib ki, kilsə ilə bağlı məsələlər “kilsənin qanunlarına və nizamnaməsinə uyğun olaraq həll edilir və dövlət və siyasi xadimlərin səlahiyyət dairəsinə aid deyil”.
Samvel Karapetyan mübahisəyə “öz bildiyi kimi müdaxilə edəcəyini” açıqladıqdan sonra Paşinyan biznesmeni “alçaq” adlandırıb. Bu fonda istintaq hərəkətləri başlayıb ki, bu da medianın yazdığına görə, erməni əsilli rusiyalı milyarderə qarşı cinayət işinin başlanmasına səbəb ola bilər.
Rusiya mediasının iddiasına görə, Nikol Paşinyan Samvel Karapetyana məxsus olan “Ermənistan elektirk şəbəkəsi”ni milliləşdirmək niyyətində olduğunu da bildirib.
Yeri gəlmişkən, bu qalmaqal fonunda Nikol Paşinyan Armen Abazyanı Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad edib. Bu vəzifənin müvəqqəti icraçısı baş nazirin sərəncamı ilə Abazyanın müavini Andranik Simonyana həvalə edilib.
Ermənistan mediası Abazyanın milyarder Samvel Karapetyanı saxlamaqdan imtina etdiyini və Paşinyana bunun üçün heç bir əsas olmadığını bildirdiyini yazıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://azvision.az
archiveBu xəbər 18 İyun 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see420

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see314

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see233

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see232

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see228

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see223

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see219

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see212

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see212

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see200

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see197

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see197

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see193

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see187

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see185

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see185

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see181

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see178

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see174

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri