Samvel Karapetyanın qardaşı oğlu həbs edilir
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Mərkəzi Seçki Komissiyası prokurorluğun “Güclü Ermənistan” blokunun seçki siyahısına rəhbərlik edən Narek Karapetyana qarşı cinayət işi açılması ilə bağlı tələbini təsdiqləyib.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə vəkil Aram Vardevanyan açıqlama verib. Qeyd edək ki, Narek Karapetyan “Güclü Ermənistan” partiyasının hazırda ev dustaqlığında olan sədri, rusiyalı milyarder Samvel Karapetyanın qardaşı oğludur.
Aram Vardevanyan bildirib ki, Narek Karapetyanın cinayət işi “Güclü Ermənistan” blokunun tərəfdarı Aleksan Aleksanyana qarşı irəli sürülən ittihamlarla bağlıdır. O, vətəndaşlara mitinqdə iştirak etmək üçün maddi dəstək verməkdə, eləcə də xüsusilə külli miqdarda “çirkli pul”ların yuyulmasında ittiham olunur.
Vardevanyan hadisələri “siyasi absurdluq, siyasi teatr və siyasi təqib” adlandıraraq, bu hərəkətlərin məqsədinin Narek Karapetyanın Milli Məclisin üzvü kimi fəaliyyətinə müdaxilə etmək olduğunu bildirib.
Müşfiq Abdulla
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 22 İyul 2026 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















