Icma.az
close
up
RU
Samvelin “fərman fərman” oyunu etibarsız, oğru, yalançı imicin təsdiqi ŞƏRH

Samvelin “fərman fərman” oyunu etibarsız, oğru, yalançı imicin təsdiqi ŞƏRH

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Azərbaycana qarşı ermənilərin saxta iddiaları son zamanlar yenidən artıb.

Rəsmi İrəvan sülhdən, sərhədlərin delimitasiya və demarkasiyasından, konstitusiyanın dəyişməsindən, müstəqillik haqqında konstitusiya aktının əsas qanuna əlavə edilməyəcəyindən, regional əməkdaşlıqdan danışır. Bununla yanaşı, İrəvanda, bəlkə də, hökumətin binasının yaxınlığında separatçılıqla bağlı fikirlər, Azərbaycana qarşı ərazi iddiaları irəli sürülür.

Ötən gün özünü qondarma qurumun hələ də "başçısı" sayan Samvel Şahramanyan sosial şəbəkədə “Artsax(?)”ın buraxılmasına dair 2023-cü il sentyabrın 23-də imzaladığı sənədin “həqiqi olmadığı haqqında” daha bir “sərəncam” “imzalayıb.

Bu barədə onun vəkili Roman Yeritsyan bildirib. Onun iddiasına görə, “dövləti buraxmaq” üçün heç bir “vəzifəli şəxsin” “səlahiyyəti yoxdur”.

Vəkilin “məntiqi” ilə Samvelin “yeni sərəncamı” da “qanunsuz”dur.

Yeritsyan deyib ki, Ermənistanda müxtəlif şəxslərə, o cümlədən “Artsax” icma başçılarına və ağsaqqallar şurasının üzvlərinə qarşı cinayət ittihamları irəli sürülüb.

R.Yeritsyanın bu açıqlamasından, Şahramanyanın “sərəncam”ından qısa örnək gətirərək onun əsassız, savadsız, hüquqazidd olduğunu göstərmək istədik.

Çünki Samvelin və vəkilinin iddia etdiyi "qurum" heç vaxt beynəlxalq hüququn subyekti olmayıb. Şahramanyanın sələfləri Azərbaycana qarşı hərbi cinayətlərə görə təqsirli bilinirlər. Bu o deməkdir ki, həmin şəxslər, yəni Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Arutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Onların sırasında Samvel Şahramanyanın da yeri ola bilər. Ermənistan Rusiyaya xidmət edən müxalifətin başçısı Robert Koçaryan və başqalarından saxta qurumla bağlı oyuncaq olaraq istifadə etməyə səy göstərir.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış Ermənistan dövləti, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərləri təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə ittiham olunurlar.

Ermənistanın baş nazir aparatı rəhbərinin müavini Taron Çaxoyan Samvelin “fərmanı” və vəkilinin açıqlamasına münasibət bildirərək deyib ki, onların iddiaları Ermənistanda heç bir hüquqi qüvvəyə malik deyil: “Buraxılmış dövlət yalnız öz ərazisində yenidən yaradıla bilərdi, lakin bu, baş vermədi, Ermənistan ərazisində isə bu, mümkün deyil”.

Onun sözlərinə görə, bu “fərmanı” imzalayanlar bir gün Latın Amerikasında və ya Afrikada başqa bir dövlət yaradacaq, yaxud onu buraxacaqlar.

Onda Azərbaycanla Ermənistan arasında iğtişaş salanlar niyə cinayət məsuliyyətinə cəlb olunmurlar? Robert Koçaryan, Samvel Şahramanyan və onlar kimi davrananlar faktiki olaraq iki ölkə arasında müharibənin başlamasını təbliğ, Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edirlər. Koçaryan "dəvəquşu siyasəti" aparır. Keşiş Baqratdan tutmuş - Samvelədək, bütün hadisələrdə onun əli var. Robert Azərbaycanda və Ermənistanda törətdiyi cinayətkar əməllərə görə hələ də cəzalanmayıb. Bu isə ona başqa bir cinayətkar davranışı müdafiə etməyə imkan verir.

Koçaryan hələ Qarabağda cinayətkar dəstəyə başçılıq edəndə Rusiya tərəfindən himayə edilirdi. Moskvanın Azərbaycanda törətmək üçün verdiyi bütün insanlığa və qanuna zidd tapşırıqları yerinə yetirib. Buna görə vaxtilə Ermənistan prezidenti vəzifəsi ilə mükafatlandırılıb.

Deməli, koçaryanlar Rusiyanın Ermənistanda həyata keçirmək istədiyi siyasətin görünən quyruğudur.

Moskva ilə İrəvan arasında soyuqluğun olduğu yeni hadisə deyil. 2018-ci ilin mayında ölkədə baş verən dəyişiklik həm də Ermənistanın yönünü Qərbə çevirmək məqsədi daşıyırdı.

Samvelin “açıqlaması” Rusiya maraqlarının fəallığının artmasıdır. Moskva bu yolla həm baş nazir Nikol Paşinyan hakimiyyətinə, həm də Azərbaycanla sərhədlərin delimitasiya, demarkasiya və sülh sazişinin imzalanmasına mane olmağa, yaxud bu prosesə əngəl törətməyə çalışır.

Ermənistan rəsmi mənbələrinin yaydığı xəbərə əsasən, Rusiya XİN başçısı Sergey Lavrov yaxın günlərdə İrəvana səfər edəcək. Samvelin “fərman”ı da bu ziyarət öncəsi “imzalanıb”. Odur ki, Rusiya Ermənistanda vəziyyətə hələ də Qarabağda yaşamış ermənilər vasitəsi ilə nəzarət etməyə, yaxud ölkəni bu yolla qarışdırmağa səy göstərir.

İdeyasız, təşəbbüssüz qalan revanşistlər hər addımda bu kimi cəfəngiyyatla “bəlkə oldu” ümidi ilə fəaliyyət göstərirlər.

Ermənistanda Samvel “fərmanı” müxalifəti, rusiyasevərləri birləşdirən amildir.

Digər tərəfdən, ABŞ-nin Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyası (USCIRF) iyunun 5-də Azərbaycandakı vəziyyətlə bağlı virtual dinləmələr keçirəcək. Həmin toplantıda Azərbaycanda guya “erməni mədəni irsinin məhv edilməsi” məsələsinə də baxılacaq. Hay qoparacaqlar ki, “Azərbaycan erməni mədəni irsini məhv edir, Dağlıq Qarabağdakı dini obyektlər təhlükə altındadır”.

Azərbaycanda artıq belə bir coğrafi-inzibati ərazi vahidi mövcud deyil. Odur ki, hansısa mədəni irslə bağlı fikirlərin irəli sürülməsi də ciddi sayılmır. Samvellər “fərman-fərman” oyunu ilə guya belə bir “quruluş”un hələ də mövcudluğu iddiası ilə çıxış edirlər.

Halbuki bu qurum azərbaycanlıların Ermənistandakı tarixi mədəni-dini irsinin ermənilər tərəfindən məhv edildiyi və ya edilməsinə dair bir ifadə belə işlətməyib. Belə qənaətə gəlmək olar ki, ABŞ-nin Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyası, erməni kilsəsi, Rusiyanın maraqları ilə üst-üstə düşür. Samvellər, koçaryanlar isə onların məqsədlərinə xidmət edən lakey rolundadırlar. Əslində, Osmanlı, Qacar dövlətlərində, Cənubi Qafqazda erməni etnosun nümayəndələri kənar qüvvələrə ənənəvi olaraq bu xidməti göstəriblər. Elə ehtimal etmək olar ki, bu şakərləri onların mövcud olması üçün təminatdır.

Ermənistan hüquq mühafizə orqanları buna görə də onları məsuliyyətə cəlb etmir. Ancaq nəticə onların ölkəsinin, ermənilərin mənfi imicinə işləyir. Barələrində deyilən etibarsız, yalançı, oğru kimi ifadələri bir daha təsdiqləyir...

Sədrəddin SOLTAN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 May 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Himalay dağlarında 50 dən çox insan həlak olub

15 Avqust 2025 09:55see125

Sabiq deputatdan Tibb Universitetində təhsil haqqının 2 min qaldırılmasına sərt reaksiya: Bu, kasıb istedadlı gənclərə qənim kəsilməkdir

14 Avqust 2025 15:19see122

Naxçıvanda AĞIR QƏZA Ölənlər var

15 Avqust 2025 00:49see121

İstanbul, Ankara, İzmir... Türkiyənin üç böyük şəhəri içməli su təhlükəsiylə üz üzə

15 Avqust 2025 12:46see121

Sağlam qaraciyər və bağırsağın sirri açıldı...

14 Avqust 2025 19:45see120

Banklar kartların keşbek faizlərini AZALDIR SƏBƏB

14 Avqust 2025 12:31see119

Qarabağ ın oyunundakı maskotla bağlı RƏSMİ AÇIQLAMA

14 Avqust 2025 16:33see119

Naxçıvanda sənaye istehsalı 14 % artıb

14 Avqust 2025 09:33see118

Tramp dünyada sülh üçün hərbi bazaya gedir

15 Avqust 2025 04:20see118

Exeed yeni Exlantix E05 krossoverini debüt etməyə hazırlaşır

14 Avqust 2025 23:37see118

Mən niyə sülh istəyirəm?!

14 Avqust 2025 18:18see118

Formula 1 də məktəblər bağlanacaq? RƏSMİ

14 Avqust 2025 13:49see117

Sabiq Qalatasaray lı yenidən Türkiyədə

14 Avqust 2025 20:14see116

Tanınmış rusiyalı bloqerə 100 milyon cərimə və səkkiz illik həbs

14 Avqust 2025 16:22see116

La Liqadan A Seriyasına

15 Avqust 2025 15:34see115

Həyat yoldaşına görə sənəti tərk edən, harada yaşadığı bilinməyən Hicran Mehbalıyeva O, kimin tələbi ilə baş rola dəvət olundu?

14 Avqust 2025 20:26see115

Britaniya Ukraynaya hərbi qüvvələri yerləşdirmək planından imtina edir

14 Avqust 2025 08:03see115

Qayalıq ərazilərdə hava çox tez tez dəyişir, EHTİYATLI OLUN!

15 Avqust 2025 17:59see113

Tramp Alyaskadan əvvəl yeni açıqlama verib...

15 Avqust 2025 18:06see112

Belə olsa, Tramp zəif lider kimi görünəcək Herbst

15 Avqust 2025 17:11see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri