Icma.az
close
up
RU
San Marino bir qələbə ilə tarix yazdı

San Marino bir qələbə ilə tarix yazdı

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Cəbəllütariq, Lixtenşteyn, Malta, Andorra, Litva və …Azərbaycan. Millətlər Liqasının yeni mövsümündə D liqasında məhz bu komandalar mübarizə aparacaq.

Turnirin əsas sensasiyası olan San Marino yığması isə ən azı bir mövsüm orda olmayacaq. FİFA reytinqində ən aşağı pillədə (210) qərarlaşan komanda Lixtenşteyni iki dəfə məğlub etməklə (1:0 və 3:1), eləcə də Cəbəllütariqdən 1 xal almaqla (1:1) C liqasıyan yüksəldi.
“Cırtdan ölkə”nin yığması bu uğura çatana qədər xeyli rekord yenilədi. Yaxınlarda rəsmi oyunlarda ilk qələbəsini qazanan San Marino (5 sentyabr. Lixtenşteyn – 1:0) 2,5 aydan sonra eyni rəqibi yenə məğlub etdi. Ümumiyyətlə, Lixtenşteyn San Marinonun “sevimli” rəqibidi. 20 il əvvəl yoldaşlıq oyununda da üstün olmuşdu. San Marinonun tarixində yalnız bu üç qələbə var.
Son 3:1 San Marino yığmasının tarixindəki ilk səfər qələbəsidi. Bu komanda indiyə qədər 101 dəfə səfərdə, iki dəfə neytral meydanda oynamış, 4 ev oyununu da İtaliyada keçirmişdi, ancaq heç vaxt ölkənin hüdudlarından kənarda qələbə qazanmamışdı. Nəhayət, bu seriyaya son qoyuldu.
San Marino tarixində ilk dəfə bir oyunda 3 qol vurdu. 2003-cü ildə Lixtenşteynlə oyun heç-heçə (2:2) bitmişdi, 2012-də Maltaya 2:3 uduzmuşdular. Özü də 3:1 komandanın ilk əzmkar qələbəsidi.
San Marino məhz bu il Millətlər Liqasında ilk qolunu vurdu. Tarixi qol 19 yaşlı Niko Sensolinin hesabındadı, məhz o, Lixtenşteynin qapısından qələbə topunu keçirmişdi.
Nikole Nanni də ciddi uğura nail olub. O, ardıcıl iki oyunda fərqlənən yeganə yığma üzvüdü, Cəbəllütariqlə Lixtenşteyni (yenə də bu yığma yağ olsun!) məyus edib. Nəticədə San Marino tarixində ilk dəfə Millətlər Liqasında finişə müsbət top fərqi ilə çatıb. Və daha bir məqam: San Marino təkcə tarixində ilk dəfə qrupu zirvədə bitirmədi, həm də bu turnirdə ilk dəfə kimisə qabaqladı.
2024 yığma tarixinin ən uğurlu ilidi. Rəsmi oyunlarda ilk dəfə müsbət statistika qeydə alınıb – iki qələbə, heç-heçə və məğlubiyyət. San Marinonun yetərincə gənc yığması var: orta yaş 23-dü. Deməli, bu “qızıl nəsil” irəlidə yeni-yeni uğurlar qazana bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Noyabr 2024 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see431

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see302

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see277

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see251

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see235

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see226

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see221

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see217

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see214

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see202

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see194

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see193

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see192

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see191

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see185

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see185

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see184

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see183

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri