San Marino da Azərbaycandan təbii qaz almaq istəyir SOCARDA GÖRÜŞ
Marja.az saytına istinadən Icma.az xəbər verir.
7 may 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf San-Marino Respublikasının maliyyə və büdcə, nəqliyyat və energetika üzrə dövlət katibi Marko Qatti və Əmək, iqtisadi planlaşdırma, Muxtar Dövlət Kommunal Xidmətlər Korporasiyası (A.A.S.S.) ilə əlaqələr, ekoloji keçid və texnoloji innovasiyalar üzrə dövlət katibi Alessandro Bevitori ilə görüşüb.
Görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu, bu xüsusda Cənub Qaz Dəhlizinin əhəmiyyəti qeyd olunub. Bu gün Azərbaycanın təbii qazının 16 ölkəyə ixrac edildiyi bildirilib.
Söhbət zamanı qonaqlara SOCAR-ın “yaşıl enerji” gündəliyi, “SOCAR Green” şirkətinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Görüşdə tərəflər enerji sektorunun müxtəlif istiqamətləri, o cümlədən təbii qaz tədarükü, bərpaolunan enerji, dekarbonizasiya sahələrində əməkdaşlığın perspektiv imkanları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Baxış sayı:139
Bu xəbər 07 May 2026 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















